Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz Vasif Səlimovdur. 53 kq çəki dərəcəsində mübarizə aparan V.Səlimov estoniyalı idmançı Svyatoslav Moskovtsev, bolqarıstanlı idmançı Stanislav Mlitkov, fransalı idmançı Nolhan Rosemont və türkiyəli idmançı Nüsrət Efe Çakıra qalib gələrək, finala yüksəlib. Səlimov finaldakı həlledici görüşdən də qalib ayrılıb. O, finalda İtaliyalı idmançı Qabriel Rosatonu məğlub edərək, qızıl medala yiyələnib.
Qeyd edək ki, Vasif Səlimov taekvondo idman növü üzrə məşqçi-müəllim Zöhrab İsmayılovun tələbəsidir.
Hüseyn QULUZADƏ