Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial əhəmiyyət kəsb edən və dünyanın dəyişdirilməsinə yönəldilən yaradıcılıq prosesidir. Mədəniyyətin fəlsəfi anlayışına bir tərəfdən bəşəriyyətin konkret tarixi mərhələdə malik olduğu maddi və mənəvi sərvətlərin cəmi, digər tərəfdən mədəni fəaliyyətin həyata keçirilməsi prosesinin forma və məzmununa təsir göstərən amillər daxildir.

Mədəniyyətin insan həyatına, ictimai tərəqqiyə təsiri məsələsi nisbi səciyyə daşıyır. İnsan həyatı və əxlaqı mədəniyyətin nüfuzu nəticəsində heç də bütün hallarda zənginləşmir. Bu gün insan təbiətlə yanaşı,cəmiyyət qüvvələri qarşısında da aciz qalmışdır. Cəmiyyətin kortəbii axarı insanı fəlakətə doğru sürükləməkdədir.Bəşər elə özünün “sivilizasiyanın” təhlükəsi fonundadır.

İnsanın dünyagörüşü mürəkkəb və çətin bir yol keçmişdir. Bu yolda yüksəliş və tənəzzül dövrləri bir – birini əvəz etmiş, nəticədə bəşəriyyət daim mənəvi-əxlaqi təkmilləşmə və inkişaf yolu ilə irəliləmiş,fəaliyyət növləri ilə əlaqədar olaraq, maddi və mənəvi formalara bölünmüş mədəniyyətin inkişafı üçün baza rolunu oynamışdır. 

Mədəniyyət bütöv, tam və qapalı orqanizmdir. Mədəniyyəti konkret bir etnos yaratdığından, o, hər şeydən əvvəl milli,yayılma arealına görə lokaldır. Lakin hər bir mədəniyyətdə bəşərilik və qloballıq olduğuna görə, aralarında əlaqə mövcuddur. Mədəniyyət yüz illərin hesabına formalaşır və tarixi mühitlə coğrafi əhatə dairəsinin vəhdəti nəticəsində bitkin, kamil bir orqanizmə çevrilir. Mədəniyyət sırf sosial hadisə olub, insanların həyat fəaliyyəti ilə sıx əlaqədardır. Mədəniyyət prosesləri bütün ictimai hadisələrlə qarşılıqlı əlaqədə baş verir.

Mədəniyyətin anlaşılması bir qayda olaraq, tarix fəlsəfəsinə istinadən olmuşdur. Həmişə tarixi prosesdə mövcud olduğundan və yaşadığından, mədəniyyət fəlsəfəsi əksər hallarda tarix fəlsəfəsi ilə eyniləşdirilmişdir. Mədəniyyət yaradan insana mahiyyət qüvvələrini aşkar edən kimi yanaşdıqda, onun fəal yaradıcı olması, qabiliyyət və imkanlarının üzə çıxması sosial inkişafda baş verir. Sosial həyatın iqtisadi, siyasi, intellektual və mənəvi sahələrindəki nailiyyətlər mədəni praktikanın nümayişidir.

Mədəniyyət fəlsəfəsi mədəniyyətin rəngarəng və sonsuz olan ümumnəzəri əsaslarını ehtiva edir, bəşər təcrübəsinin müxtəlif parametrlərindəki nailiyyətlərini, hər bir fərdin mədəniyyət ünsiyyətinin müxtəlif normalarını və növlərini fəlsəfi cəhətdən mənimsəyir. Mədəniyyət fəlsəfəsi insan varlığının gözlənilməz və təkrarlanan paradoks və dilemmalarını aşkar edir, fikrən canlandırır.

Müasir fəlsəfə tarixində mədəniyyətə iki – məhdud və geniş yanaşma mövcuddur. Məhdud bu və ya digər icmalara xas olan kollektiv fikirlərin, dəyərlərin, nomaların sistemi kimi izah edilir. Geniş mənada mədəniyyət bütün bəşəriyyəti əhatə edən nailiyyətdir.

Sosial – tarixi faktorlar zəminində və elmi biliyə əsasən yaradılan mədəniyyət fəlsəfəsi mədəniyyəti sosial fenomen kimi kompleks şəkildə öyrənməyi, onun bilik sistemində tutduğu yeri müəyyənləşdirməyi, yerinə yetirdiyi funksiyaları və sosial həyatdakı rolunu aşkar etməyi qarşıya qoyaraq tədqiqat obyektinə çevirir.

Mədəniyyəti çox vaxt müasir fəlsəfənin və fəlsəfə tarixi sahəsində biliklərə yiyələnməklə anlayırlar. Mədəniyyətdə başlıca cəhət bilik, fəlsəfə hesab olunur, onun qanun və kateqoriyaların elmi vəzifələrin həllinə tətbiq bacarığı əsas götürülür. Fəlsəfənin yaradıcılığa tətbiq etmək bacarığı isə formalaşdırılmamışdır. Bu isə müstəqil, yaradıcılıqla düşünmək və fəaliyyət göstərmək bacarığına malik olmağa çətinik yaradırdı.

“Mədəniyyət” anlayışı insanın öz tarixini anlaması üçün qanunauyğun bir mərhələ olub, yaradılanların ilk yaranmışlardan, insanlığın təbiətdən, mənəvinin instinkdən fərqləndirməsinə imkan verilmişdir. Tələbat – prosesdə təbiətin yenidən dəyişdirilərilərək, ehtiyaclarına tabe etdirilməsi, insanın öz nailiyyətlərini dərk etməsi olmuşdur.

Fəlsəfi sistemlərdə və təlimlərdə təkcə bəşəriyyətin intellektual deyil, dünyagörüşü və estetik təcrübəsi də cəmləşmişdir. Fəlsəfi problemlərin ağırlıq mərkəzi insan həyatının məna və məqsədi üzərinə düşür. Bura həqiqət və dəyərlərin axtarışı və təsdiqi də daxildir. İnsanı əhatə edənlərlə fəlsəfəni təkcə belə deyil, xarici şəraiti kimi maraqlandırır və göstərir ki, dünyada necə və hansı ali məqsədlər naminə yaşamaq lazımdır. Bununla yalnız azad hüquqlara malik olan, məsuliyyəti dərk edən insan maraqlana bilər.

Cəmiyyətdə mədəni və sosial birlik yalnız onun aşağı pilləsində mövcud olmuşdur. Əmək bölgüsündən sonra, yəni əkinçiliklə maldarlıq, sənətkarlıqla ticarət ayrıldıqdan sonra sosial problemlər həll olunmağa başlayır. Doğrudur, mədəniyyət prosesləri bütün ictimai hadisələrlə qarşılıqlı əlaqədə baş verir, lakin bütün hallarda mədəniyyət spesifik cəhətlərə malik olur, özündə ümumbəşəri dəyərləri cəmləşdirir. Bu zaman mədəni yaradıcılıq tarixi yaradıcılıqla üst – üstə düşmür. Bunun səbəbini başa düşməkdən ötrü maddi və mənəvi mədəniyyətləri bir – birindən fərqləndirmək lazımdır. Maddi mədəniyyət – insan əməyi və zəkası ilə yaradılımış sərvətlərin məcmusudur; istehsal vasitələri, ictimai varlığın əsası, insanın təbii gerçəkliyi mənimsəməsinin göstəricisidir. Yaşayış vasitələri – binalar, paltar, memarlıq nümunələri, körpülər, kanallar, meşə zolaqları, bitki və heyvan növləri və s. buraya daxildir. Mənəvi mədəniyyət isə ənənəvi mədəniyyət isə hər şeydən əvvəl, elm və onun nailiyyətlərinin istehsal prosesinin davranış normalarını, adətlər, ənənələr, adamların təlabatı və mənafelərin inkişaf səviyyəsini əhatə edir.

Müəyyən səciyyəyə malik, obyektiv gerçəkliyi təşkil edən mühit özünün bütün cəhətləri ilə insanın şüuruna estetik təsir göstərir, onun bədii – obrazın təfəkkürünün yaranmasına kömək edir. İnsan şəhər və kənd salarkən, ev tikərkən, məişət əşyaları hazırlayarkən estetik baxışlar, zövqlər, bu prosesdə hisslər fəal iştirak edir və onun kamilləşməsinə səbəb olur. Gözəllik yaşayışı cazibədar edir, ona ahəngdarlıq gətirir və adamlara üzvi hisslər, vərdişlər aşılayır.

Estetik əsasların təşəkkülü və inkişafı insanın bütün cəhətlərini – maddi, mənəvi, ictimai və şəxsi həyatını əhatə edir.

Maddi mədəniyyətin yeni qlobal forma və cəhətlərinin meydana gəlməsi millətlərin ən yaxşı nailiyyətləri əks etməsi əsasında baş verir. Ayrı – ayrı millətlərə xas olan cəhətlər başqa ölkələrə nüfuz edərək qloballaşma məzmunu kəsb edir, milli formaya bürünərək həmin ölkə mədəniyyətinin tərkib hissəsinə çevrilir. Xalqlar arasında maddi və mənəvi nailiyyətlərin mübadiləsi milli, tarixən qərarlaşmış qapalılığını aradan qaldırır, aralarında ümumi cəhətlər yaradır. Maddi mədəniyyətin qloballaşması öz əksini ənənələrinin təşəkkülündə və millətlərarası ünsiyyətin geniş yayılmasında tapır.

Maddi mədəniyyətdə estetik əsasların inkişafından bəhs edərkən insan münasibətlərinin inkişafının ifadəsi olan tarixi varislik əlaqəsinin rolunu da qeyd etmək lazımdır. Göstərilən sahənin varislik əlaqəsi nəticəsində əvvəlki nəsillərin maddi mədəniyyətdə əldə etdikləri nailiyyətlər sonrakı nəsillərə xas olaraq onlara xidmət edir.

Mənəvi fəaliyyət insan münasibətinin tərkib hissəsi olduğundan, maddi mədəniyyət də estetikanın formalaşmasına mühüm dərəcədə təsir göstərir.

Maddi mədəniyyətin estetik əsaslarının inkişafı həm adamlar arasında münasibətlərin, həm fərdin davranışını, həm də şəxsiyyətin özündə, münasibətində hərəkətlərinin gözəlliyini ifadə edir.

Cəmiyyətin, onun həyat tərzinin gözəlliyi isə mədəniyyət prinsipi üzərində qurulur. Bizim həyat tərzimizin ahəngdarlığı və gözəlliyi məhz həmin prinsipin adamların əqidəsinə, davranış normasına çevrilməsindən asılıdır. Davranış gözəlliyi əxlaqın və mənəvi mədəniyyətin ifadə formasıdır. İnsanda davranış daxili mədəniyyətlə xarici mədəniyyətin vəhdətini  təşkil edir. Etik və estetik cəhətlərin birliyi, həmçinin daxili və xarici mədəniyyətin vəhdətinə təzahür edir.

İqtisadiyyatın inkişafında maddi mədəniyyət mühüm yer tutur. Adamların məişətini bəzəyən, əl əməyini yüngülləşdirən malların satışını, reklamını qeyd etmək olar. Hazırda alıcılar gözəl, dəbdə olanları alır, aldıqlarının estetik dəyərinə, faydalalığına ciddi diqqət yetirirlər. İctimai xidmət işçilərinin estetik əsasların inkişafındakı rolu, həmçinin onların davranış mədəniyyəti ilə əlaqədardır. Çünki insan öz davranışında, hərəkətlərində həyat tərzinin sərt qanunlarına və tələblərinə tabe olur, ehtiyaclarına uyğun təlabatlarını ödəmək istəyir. Bu hal həm maddi, həm də mənəvi təlabat sahəsini əhatə edir.

İnsanların estetik zövqünü oxşayan, təlabatlarını təmin edən əsl incəsənət çox vaxt həyata daxil ola bilmir. Beləliklə, hazırda insana məişət təlabatlarını ödəmək üçün onun arzu etdiyi deyil, kapital üçün faydalı olan, mənfəət gətirən amillər zorla qəbul etdirilir. Bəzi müasir incəsənət növləri insanların zövqündə, münasibətində, davranışında tənəzzül yaradır ki, bu da həmin sahənin ictimai – siyasi xarakterindən, mənasından və məqsədindən irəli gəlir.

Maddi mədəniyyətin ayrılmaz hissəsi olmaq etibarilə məişət estetikasının da özünəməxsus inkişaf qanunları vardır. Məişət estetikası ümumiyyətlə, gerçəkliyin mənimsənilməsi prosesinin tərkib hissəsi, onun dərk edilməsi və dəyişdirilməsidir. Buna görə də, məişətdə estetik əsasların inkişaf qanunauyğunluqları bir tərəfdən məişətin inkişaf qanunlarının araşdırılması, digər tərəfdən isə insanın bədii mədəniyyətinin meydana gəlməsi prosesinin təhlili əsasında öyrənilə bilər. İnsan yalnız ən zəruri şeyləri istehsal edərkən onların hisslərinin ahəngdarlığına diqqət verməyi öyrənmiş, yaratdığı əşyanın təyinatına uyğun gəlməsinə çalışmışdır. Faydalı istehsal prosesində insanın şüurlu münasibəti özündə subyektiv münasibətinin ünsürlərini daşıdığından, məhz həmin proses onun bədii fəaliyyətinin meydana gəlməsini şərtləndirir. İnsan təlabatının meydana gəlməsi və inkişafı da nəticə etibarilə ictimai praktika ilə əlaqədardır. Lakin həmin təlabatların ödənilməsi məhsuldar qüvvələrin inkişaf səviyyəsinə uyğun olmur. Bu isə hər bir cəmiyyətin xarakterindən və bunun zəruri nəticəsi olaraq şəxsin cəmiyyətdəki vəziyyətindən, onun istehsal vasitələrinə münasibətindən aslıdır. Maddi mədəniyyətin insan həyatının ayrılmaz tərkib hissəsinə çevrilməsi tarixi, eyni zamanda estetik hisslərin təşəkkül və inkişaf tarixidir. Estetik hisslərin təşəkkülü və inkişafı da ictimai – tarixi təcrübənin məhsuludur.

Adamların maddi mədəniyyətinin yüksəlməsində milli mədəniyyətlərin sürətlə inkişaf etməsi və onların bir – birini qarşılıqlı surətdə zənginləşdirməsi də çox mühüm rola malikdir.

Milli mədəniyyətlərin bir-birinə yaxınlaşması və onların əsasınını möhkəmlənməsi nəticə etibarilə qloballaşmış cəmiyyətin vahid mədəniyyətinin təşəkkülünə gətirib çıxaracaqdır.

Səlimov MAHİR,

ADPU-nun Ağcabədi filialının direktor müavini,

fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib. "Aran"ın məlumatına görə, bu barədə səfirliyin tvitter hesabında bildirilib.

Türkiyədə xilasedicilər dörd azərbaycanlı tələbəni dağıntılar altından çıxarıb

Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıb.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə çatıb, 12 068 nəfər yaralanıb – YENİLƏNİB

23:20 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə, yaralananların sayı isə 12 068-ə yüksəlib. "Aran" Türkiyə...

Türkiyədə baş verən zəlzələ 14 milyondan çox insanın yaşadığı bölgəyə təsir edib

Mərkəzləri Kahramanmaraşın Pazarcık və Elbistan bölgələrində baş verən zəlzələlər 10 vilayətdə 13 milyon 421 min 699 nəfərin yaşadığı bölgəyə təsir edib.

Prezident İlham Əliyevin tapşırığına əsasən növbəti iki təyyarə Türkiyəyə yola salınacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Türkiyədə 7 günlük ümummilli matəm elan edilib

Türkiyədə güclü zəlzələ ilə əlaqədar 7 günlük ümummilli Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb. "2023-cü...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm Türkiyə!” adlı humanitar yardım kampaniyanı elan edir

Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss...

Xaricdə verilən diplomların Azərbaycanda tanınması üçün tələblər müəyyənləşib

Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilinnövbəti səviyyələri üzrə təhsilini davam...

Azərbaycan XİN-də Türkiyədəki zəlzələ ilə əlaqədar Operativ Qərargah yaradılıb

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Operativ Qərargah yaradılıb.

Şərhlər