Layihə əsasında tələbələrlə görüş

Dekabrın 8-də “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadın səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” layihəsi çərçivəsində görüş keçirilib.

Ağcabədi Pedaqoji Kollecində təşkil olunan görüşdə layihə eksperti Fəridə Əmirova tələbələrə “Karyera istiqamətləndirməsi”, “Şagirdlik və gender bərabərliyi” mövzularında çıxış edib. O, gənclər arasında düzgün ixtisas seçimi,  gələcəkdə onların əmək bazarına çıxışı, vaxtın idarə edilməsi, düzgün kommunikasiya kimi bir çox mövzularda fərdi konsultasiya, inkişaf təlimləri, yerli, eləcə də  xarici təcrübələrə yiyələnmələri və s. barədə geniş məlumat verib.

Görüş qarşlıqlı müzakirələrlə davam edib.

Qeyd edək ki,layihə BMT-nin İnkişaf Proqramı tərəfindən Britaniya Səfirliyinin maliyyə dəstəyi və Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin əməkdaşlığı ilə həyata keçirilir.  Layihənin əsas məqsədi Bərdə, Ağcabədi və Tərtər rayonlarında müharibədən zərər görmüş həssas qrup qadınlara bilik və bacarıqlarının artırılmasına dəstək göstərməkdir. Hər üç regionda bununla bağlı Qadın Resurs Mərkəzləri fəaliyyət göstərir.

Rəmziyyə Həsənova

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com