YAP Ağcabədi rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevinvəfatının 19-cu ildönümü münasibətilə anım tədbiri keçirmişdir.
Əvvəlcə Heydər Əliyev meydanında ulu öndərin abidəsini ziyarət edən bir qrup tədbir iştirakçısı abidə önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər.
Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq bildirdi ki, ümummilli lider, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin vəfatından 19 il keçir. Bu münasibətilə Respublikamızın bütün guşələrində silsilə olaraq anım və xatirə tədbirləri keçirilir. YAP Ağcabədi rayon təşkilatı da bu hüznlü günlərdə Ulu Öndərin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərini bir daha xatırlamaq, onun əziz xatirəsini ehtiramımızı ifadə etmək məqsədilə daha bir görüş keçirməyi qərara aldı. anım tədbirində sizlərlə yenidən görüşməyi qərara aldı.
Açılış nitqindən sonra Yeni Azərbaycan Partiyasının banisi, ulu öndər Heydər Əliyevin, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Ulu Öndərin həyat və fəaliyyəti barədə geniş məruzə etdi. Məruzədə qeyd edildi ki, biz çox xoşbəxt xalqıq ki, Heydər Əliyev kimi güvənc yeri, çətin günlərin sınağından öz xalqını qalibiyyətə çıxaran, Azərbaycanın xəritədən silinməsi təhlükəsini aradan qaldıran, onun gələcək inkişafına mayak kimi işıq saçan Liderimiz var. Ümummilli Lider Heydər Əliyev cismani olaraq bu gün aramızda olmasa da, onun ruhu bizimlədir, onun parlaq ideyaları xalqımız üçün əbədi bir örnəkdir. Onun başlayıb, axıra çatdıra bilmədiyi taleyüklü məsələlər ulu öndərin siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizi qələbədən-qələbəyə aparır.
Məruzə ətrafında Heydər Əliyev Mərkəzinin direktoru Rövşanə Əliyeva, 12 saylı ərazi partiya təşkilatının sədri Yeganə Aslanova, Ağcabədi şəhər Uşaqİncəsənət Məktəbinin direktoru Günel Kərimova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbəsi Ərturqut Bağırlı, Ağcabədi Pedaqoji Kollecinin müəllimi, Vətən Müharibəsi iştirakçısı Bəxtiyar Əliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlət və xalq qarşısındakı tarixi xidmətləri barədə öz fikirlərini bölüşdülər və Ulu Öndərə Tanrıdan rəhmət dilədilər.
Kənan İSAYEV