Bu günÜmummilli Lider Heydər Əliyevin vəfatından 19 il keçir. Düz 19 ildir ki, bu dahi şəxsiyyət fiziki olaraq aramızda yoxdur. Lakin onun parlaq siması hər birimizin qəlbindədir. Bu gün onun ideyaları yaşayır, xalqımızı qələbələrdən qələbələrə aparır.
Hələ sağlığında azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli şəxsiyyət, dünya miqyaslı siyasətçi Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət kimi mövcud olması və inkişafında müstəsna rolu vardır.
Onun əziz xatirəsi Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan şəxsiyyət kimi qalmışdır. O, milyonlarla insanın qəlbində özünə yer tapan milli iftixarımız, şəxsiyyəti ilə qürur duyduğumuz, həmişə istinad etdiyimiz, sözün həqiqi mənasında ən böyük azərbaycanlı idi.
Heydər Əliyev Azərbaycanın ağır böhranlara düçar olduğu bir dövrdə II dəfə siyasi hakimiyyətə qayıtdığı illərdə həyata keçirdiyi uzaqgörən daxili və xarici siyasət, ölkəmizi düşdüyü bəlalardan çıxarmağa hesablanmış idarəçilik üsulu tezliklə öz bəhrəsini verməyə başladı.
1993-cü ildə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev qısa bir müddət ərzində ölkədə böyük dönüş yaratdı. Dünyanın aparıcı dövlətləri, beynəlxalq təşkilatları ilə qurulan yeni münasibətlər Azərbaycana yeni nəfəs verdi. Ən çətin anlarda belə, Heydər Əliyev yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi.
Heydər Əliyev uzaqgörən və ağıllı siyasətçi kimi nəyi nə zaman və necə etməyi, vəziyyətə müvafiq olaraq addım atmağı zərgər dəqiqliyi ilə bacarırdı. O mahir şahmat qroysmesteri kimi şahmat terminində desək, yeganə gedişlərlə Azərbaycanı məhvolma təhlükəsindən uzaqlaşdırmağa nail oldu.
Bu gün Respublikamızda Heydər Əliyev ideyalarına sadiqlik öz bəhrəsini verməkdədir. Ulu Öndərimizin layiqli siyasi varisi cənab İlham Əliyev tərəfindən həmin siyasi kurs uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti inamla davam etdirilir və davamlı olaraq uğurlara gətirib çıxarır. Bu siyasət Azərbaycanın uğurlu gələcəyinə hesablanmışdır.
Prezident İlham Əliyev rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan cəsarətli islahatlar, görülən işlər xalqın sabaha olan inamını qat- qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır.
Məhz Ulu Öndərin ideyalarını ardıcıl surətdə yerinə yetirən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin səyi nəticəsində 30 il işğal altında qalan torpaqlarımız işğaldan azad edildi, Azərbaycan yenidən öz ərazi bütövlüyünə qovuşdu.
Bu gün Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə misli görünməmiş bərpa və quruculuq işləri həyata keçirilir.
Ölkəmizin bu misilsiz inkişafını gözü götürməyən məkrli qüvvələr hələ də azərbaycana qarşı mənfur əməllərindən əl çəkmir.
Lakin, ölkə Prezidenti cənab İlham Əliyev təkcə müharibə meydanında qalib çıxmış sərkərdə kimi deyil, həm də dünya siyasətində özünü təsdiq edən bir lider kimi öz sözünü cəsarətlə beynəlxalq aləmə bəyan edir.
Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki artıq onun arzusunda olduğu Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, ölkəmiz inkişaf yoluna qədəm qoyaraq yeni zirvələrə doğru qətiyyətlə addımlayır.
Allah Ulu Öndərimizə rəhmət eləsin.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini