Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin Anım günü ilə əlaqədar tədbir keçirildi

13-dekabr 2022-ci il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı bilik yarşırının qaliblərinin iştirakı ilə baş tutdu. İlk öncə Dahi Lider Heydər Əliyevin əziz xatirəsi 1dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Mərkəzin elmi işçisi Ruhin Huseynov Ulu Öndərin çoxşaxəli ömür yolundan ətraflı məlumat verərək bildirdi ki, müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

Daha sonra mərkəzin bələdçisi Səbinə Mamedova çıxış edərək bildirmişdir ki, Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır. Sonda Diplomlarla təltif etmə mərasimi keçirildi, Ağcabədi şəhər M.Aranlı adına 11-saylı tam orta məktəbin şagirdləri Birinci yerlə, Ağcabədi şəhər 1- saylı tam orta məktəbin şağidləri İkinci yerlə, Ağcabədi şəhər 12-saylı tam orta məktəbin şagirdləri isə Üçüncü yerlə təltif edildi. Sonda xatirə şəkil çəkdirildi.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com