Rayonumuzun hər yerində Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi, əbədiyaşar şəxsiyyət, ulu öndər Heydər Əliyevin xatirəsi hörmətlə yad olunur. Ağcabədi rayon Qeydiyyat Şöbəsində də dekabrın 12-də dahi rəhbərin xatirəsinə həsr olunmuş Anım tədbiri keçirilib. Tədbirdə öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncağı giriş sözü ilə açan Ağcabədi rayon Qeydiyyat Şöbəsinin rəisi İslam Əhmədov ulu öndər Heydər Əliyevin keçdiyi mənalı həyat yolundan, dövlətimiz və xalqımız qarşısında göstərdiyi xidmətlərdən, onun xilaskar fəaliyyətindən ətraflı söhbət açıb. Anım tədbirində iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyətinin hüquq-şöbəsinin müdiri Hafiz Hüseynov, “Aran” qəzetinin redaktor müavini Adil Əhmədov, şair-publisist Yəhya Paşazadə və başqaları çıxış edərək, ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi işlərdən, uğurlu daxili və xarici siyasətindən, həmin dövrlərdə respublikamızın sosial-iqtisadi, ictimai-siyasi, mədəni həyatının inkişafında əvəzsiz rolundan söhbət açıb, dahi şəxsiyyət haqqında xatirələrini bölüşüblər.
Tədbirin sonunda ulu öndər Heydər Əliyevə həsr olunmuş video-çarx nümayiş etdirilib.
Adil MİSİRLİ