İrəvan Müəllimlər Seminariyasının 140 illiyi qeyd olunub

Dekabrın 16-da ADPU-nun Ağcabədi filialında İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş “Azərbaycan pedaqoji fikir tarixində İrəvan Müəllimlər Seminariyasının rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə açan filialın direktoru dosentMobil Məcidov İrəvan Müəllimlər Seminariyasının əzəli türk torpaqları olan İrəvan xanlığı ərazisində maarifçiliyin inkişafında əvəzsiz xidmətlərindən danışdı. Bildirdi ki, bu seminariyanın məzunları təkcə Azərbaycan elmi, ədəbiyyatı və mədəniyyətinə deyil, ümumilikdə dünya elminə yüksək töhfələr verib. Təkcə akademik Mustafa bəy Topçubaşovu xatırlatmaq yetərlidir ki, seminariyanın dünya elminə necə yüksək xidmət göstərdiyi aydın olsun. 

     İrəvan Müəllimlər Seminariyasının fəaliyyətini əks etdirənvideoçarx nümayiş etdirildikdən sonar söz, məruzəçilərə verildi.

Filialın Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Tahir Kərimlinin “Azərbaycan pedaqoji fikir tarixində İrəvan Müəllimlər Seminariyasının rolu”, həmin kafedranın baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfovun “İrəvan Müəllimlər Seminariyasının Azərbaycanlı müəllim və məzunları”, filialın Tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanovun “Azərbaycanlı müəllim kadrlarının hazırlanmasında İrəvan MüəllimlərSeminariyasının rolu”, Tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimovun “İrəvan Müəllimlər Seminariyasinın Cənubi  Qafqazda maarifçiliyin  inkişafında rolu”, Keyfiyyətin təminatı şöbəsinin müdiri, Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Qərənfil Rzayevanın “İrəvan pedaqoji mühiti” və İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Anar Kərimlinin “XIX əsrin sonu – XX əsrin əvvəllərində İrəvanda kitab nəşri, məktəbdarlıq və tanınmış Azərbaycan ziyalıları” mövzusunda məruzələri dinlənildi.

Sonra məruzələr ətrafında çıxışlar oldu, müzakirələr aparıldı. Konfransın sonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Fərrux Rüstəmovun hazırladığı “İrəvan Müəllimlər Seminariyası və onun məzunları” kitabının təqdimat mərasimi keçirildi. Kitabın əhəmiyyətindən danışan çıxışçılar,belə tədqiqat işlərinin pedaqoji fikir tariximiz üçün zəruri olduğunu və bir zamanlar Cənubi Qafqazın intellektual mərkəzi olan İrəvan şəhərinin tarixinin araşdırılmasında müstəsna rol oynadığını diqqətə çatdırıblar.

Qərənfil Rzayeva

                                                                                         ADPU-nun Ağcabədi filialının

Keyfiyyətin təminatı şöbəsinin müdiri, baş müəllim

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com