Avropa çempionu ilə görüş

Bugünlərdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev yeniyetmə taekvondoçular arasında Avropa birinciliyinin qalibi olmuş Vasif Səlimov və onun məşqçi-müəllimi ilə görüş keçirib. R.Quliyev bildirib ki, taekvondo idman növü rayonumuzda maraq dairəsində olan əsas idman növlərindən biri sayılır. Ölkəmizdə olduğu kimi, bölgəmizdə də idman sahəsi böyük sürətlə inkişaf etməkdədir. Son dövrlər rayonda müxtəlif idman növlərində qazanılan yüksək nəticələr bunu deməyə əsas verir. 

Sonda idarə rəisi idmançımızı və məşqçisini qazandıqları yüksək nəticəyə  görə təbrik etmiş, onlara gələcəkdə yeni  nailiyyətlər arzulayıb.

Qeyd edək ki, 25-28 noyabr 2022-ci il tarixdə Malta Respublikasının paytaxtı Valetta şəhərində yeniyetmə taekvondoçular arasında keçirilmiş Avropa birinciliyində Vasif Səlimov 53 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək çempion olub. 

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com