Ceyhun Novruzov: “Fəxr edirəm ki, 44 günlük Vətən müharibəsində iştiraketmişəm”

II Qarabağ müharibəsinin başlamasından iki ildən artıqvaxt keçibHəmin dövrdə düşmən üzərindəqazandığımız parlaq qələbəni xalqımız heç zaman unutmayacaqhər zaman xoş xatirələrlə yada salacaqdır44 günlük Vətən müharibəsi dövründə 3000 şəhid verməyimizə baxmayaraqonların hər birixalqımız üçün qəhrəmanlıq simvoluna çevrildiQeyrətlivətən oğulları göstərdikləri igidliklər sayəsində müasirAzərbaycanın şanlı zəfər tarixini yazdılarTəbii kibupayda şəhidlərimizqazilərimizlə yanaşı müharibəiştirakçılarının da böyük əməyi vardır. “Aran” qəzetininəməkdaşları vətən oğullarının qəhrəmanlığınıgöstərdikləri igidlikləri qəzətin səhifələrində münzətəmolaraq işıqlandırmağı özünə borc  şərəf bilir. Bu dəfə ənənəyə sadiq qalaraq, II Vətən müharibəsindətorpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyükfədakarlıq göstərən qəhrəman həmyerlimizmüharibəiştirakçısı Ceyhun Novruzovla olan müsahibəmi dəyərlioxucularımıza təqdim edirəm

– Xoş gördük Ceyhun. Əvvəlcə oxucularımıza səni yaxından tanımaları üçün məlumat verməni istərdim.

– Mən, Novruzov Ceyhun Ərani oğlu 1997-ci il sentyabrın 4-də Ağcabədi rayonunda anadan olmuşam. Orta təhsilimi Ağcabədi şəhər 3 saylı tam orta məktəbində almışam. 2014-cü ildə imtahan verib, ali təhsil ocağına qəbul olmuşam. 2014-2019-cu illərdə Qərbi Kaspi Universitetinin tərcümə ixtisasında təhsil almışam. Sözügedən universiteti bitirəndən sonra Gəncə şəhərində “N” saylı hərbi hissədə iki il artilleriya divizionunda xidmət göstərmişəm. Hərbi xidmət müddətində fəallağıma, nöqsansız xidmətlərimə görə hərbi hissənin komandanlığı tərəfindən Fəxri Fərmanla, kiçik çavuş rütbəsi ilə təltif olunmuşam. Müddətli həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra öz ixtisasım üzrə təhsilimi davam etdirirəm.

– Vətən müharibəsindən iki ildən artıq vaxt keçib. Torpaqlarımızın azadlığı uğrunda döyüşmək necə bir hissdir?

– Müharibə iştirakçısı kimi bu hissləri dilə gətirmək mənim üçün asan məsələ deyil. Göydən yağış kimi üstünə yağan mərmilər, əsgər yoldaşlarının sənin yanında şəhid olması, hər dəqiqə ölümlə üz-üzə gəlməyin və bu kimi onlarla hadisə yaşadıqlarımın kiçik bir hissəsidir. Bilirsiniz,danışmaqla təsvir etmək olmur. O anı yaşamayanlara izah etmək çətindir… Vətənin azadlığı, bütövlüyü uğrunda döyüşmək mənim  fikrimcə, hər bir şəxsin müqəddəs borcu olmalıdır. Mən də xalqımızın bir övladı kimi fəxr edirəm ki, 44 günlük Vətən müharibəsində iştirak etmişəm. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli ordumuz düşmən üzərində şanlı zəfər  qazanıb. Həmin döyüşlərdə qəhrəmanlıqla həlak olan bütün şəhid qardaşlarıma isə Allahdan rəhmət diləyirəm. 

– Döyüşlərə necə qatılmısan, əsas döyüş yolun hansı istiqamətlərdə olub?

– II Qarabağ Müharibəsinin başlanması mənim hərbi xidmətdə olduğum vaxta təsadüf edib. 2020-ci ilin 27 sentyabrında müharibə başlayanda Gəncə şəhərində “N” saylı hərbi hissədə artilleriya divizionunun tərkibində top komandiri kimi Murovdağ silsiləsində, Kəlbəcər və Ağdərə istiqamətində gedən ağır döyüşlərdə iştirak etmişəm. Elə əsas döyüş yolum da sözügedən  ərazilərdə olub. Onu da əlavə edim ki, Kəlbəcərin azad olunmasında bizim artilleriya diviziyasının böyük zəhməti olub. Toplarımızdan atılan  dəqiq atəşlər nəticəsində həmin istiqamətdə düşmənin bir sıra postlarını, mühüm hərbi obyektlərini sıradan çıxarmışıq. Xeyli sayda canlı  qüvvəsini itkiyə uğratmışıq. Sərt iqlimli, çətin dağ relyefli ərazidə döyüşməyimizə baxmayaraq, heç zaman ruh yüksəkliyimizi itirməmişik. Hər zaman qələbə qazanacağımıza inanmışıq. 

– Vətən müharibəsinin hər bir anı bir tarixdir, yaddaşlara əbədi olaraq həkk olunub. Ən çox hansı hadisələr olub ki, bu gündə həmin hadisəni unuda bilmirsiniz?

– Təbii ki, həmin vaxtlarda bizim üçün çox çətin günlər olub. Elə olub ki, günlərlə ac və susuz qalmışıq. Ən çox mənim gözümün önündən getməyən hadisələrdən biri Bərdə rayonundan olan dostum Yaqub Yaqubzadənin yanımda şəhid olması idi. Bu, məni çox bərk sarsıtmışdı. Amma bizim vətənə olan sevgimiz həmin sarsıntıları, çətinlikləri arxada qoymaq üçün böyük təkan olub. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərə qatılmaq çox qürurverici bir hissdir. Vətənin müdafiəsində olan hər bir kəs kimi mən də heç nəyi unuda bilmərəm. Orada keçirdiyimiz hər bir dəqiqə, hər bir saat bizim yaddaşımızdadır. Zəfərimiz üzərindən nə qədər zamanın keçməsinin bizlər üçün heç bir fərqi yoxdur. Bu bizim şanlı tariximizdir, bizlər də bu tarixin bir parçası olduğumuza görə qürur hissi keçiririk. 

– Xalqımızın dəstəyi sizlərə güc verdimi?

Bizi xalqımızın dəstəyi daha da ruhlandırdı. Düşmənə qarşı dözümlü, güclü olmağa köməklik etdi. Bütöv Azərbaycan xalqı müharibə zamanı öz əsgərinin yanındaydı. Bir “Dəmir Yumruq” ətrafında birləşmişdik. Bu dəstək bizləri qələbəyə, zəfər yoluna apardı. 

– Müharibədən nə qədər sonra ordudan tərxis olunmusunuz və təltifləriniz varmı?

– Bildiyiniz kimi müharibə 2020-ci il noyabrın 10-da üçtərəfli sülh bəyanatından sonra bitmişdir. Sonra yenidən xidmət üçün Gəncə şəhərində qulluq etdiyim “N” saylı hərbi hissəyə qayıtmışam. 2021-ci ilin iyul ayında tərxis olmuşam. Təltiflərə gəlincə, buna görə Prezident İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə təşəkkürü bildirirəm. Döyüşdəki iştirakım nəzərə alınaraq, dövlət başçısının Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşam. 

Söhbətləşdi: Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər