Famil İsmayılzadə: Sülməramlılara bizimlə danışmağa icazə verilmirdi

Qarabağda yerləşən faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi- Laçın yolunda keçirilən etiraz aksiyası fasiləsiz olaraq davam edir. Vətənimizin hər nöqtəsindənmüxtəlif yaş qruplarından olan insanlar haqq səsini dünyaya elə Qarabağdan çatdırır. Doğma torpaqlarımıza vurulan zərərə qarşı yerindəcə etiraz edirik. 

Bu aksiyada Ağcabədidən olan Famil İsmayılzadə də iştirak edib.  O, Gənclərin İnkişaf və Karyera Mərkəzinin  Ağcabədi nümayəndəliyinin, eləcə də, “Regional İnkişaf”ictimai birliyinin (RİİB) könüllüsüdür. Biz də gəncimizin aksiya ilə bağlı fikirlərini, təəssüratlarını öyrənmək istədik. 

Famil aksiyaya hansı təşkilatın təşəbbüsü ilə qatılmışdınız ?

– RİİB-nin  Qarabağ regionu üzrə könüllüsü oduğum üçün regionun bir qrup gənci ilə birlikdə, yəni Füzulidən, Bərdədən, Tərtərdən olan şəxslərlə bərabər aksiyaya qatıldıq. 

-Aksiyada neçə iştirak etdiniz?

– Qatıldığımız bu dinc aksiyada 1 gün 1 gecə qaldıq.

-Hava şəraiti necə idi? Soyuq havada orada olmaq çətin deyildimi?

Belə deyim qarışıq bir hava höküm sürürdü. Müəyyən saatlarda hava günəşli olurdusa,  növbəti saatlarda bu günəşin yerini şaxta alırdı. Gecə vaxtı isə havanın temperaturu kəskin düşürdüHətta bildiyim qədəri ilə əraziyə indi qar yağıb. Amma, bizi ərzaqlarla təmin edirdilər, bölgədə çadırlar da qurulmuşdu. 

Aksiyanı televiziyadan izləmək bir ayrıdır. Canlı-canlı orada baş verən hadisələrə şahidlik etmək isə bir başqa. Bu haqda fikirlərini bizimlə bölüşməyinizi istərdik.

Düzünü desəm, aksiyanı televiziya vasitəsi ilə izləyərkən düşündüm ki, qısa müddət çəkər və iştirakçıların tələbləri qəbul edilər. Bir müddət keçdikdən sonra bəlli oldu ki, qarşı tərəf mövqeyindən çəkilmir. Biz də öz vətəndaş mövqeyimizi ortaya qoyduq. Hətta  guya etirazçılar tərəfindən qarşı tərəfə gedən ərzaq və digər yardımların yolunun kəsilməsi ilə bağlı uydurma xəbərlər də çıxardılar. Təbii ki, bu reallığa əsaslanmır. Əslində bu aksiya bir daha göstərdi ki, xalqımız hər zaman Qarabağ məsləsində öz mövqeyini, iradəsini ortaya qoymağa hazırdır.

Ümumiyyətlə orada insanlarımızın əhval-ruhiyyəsinecə idi?

– Havanın soyuq olmasına baxmayaraq iştirakçılar arasında yüksək əhval var idi. Biz orada olanda gecə -4 dərəcə şaxtalı olmasına baxmayaraq, heç kəs yorulmurhər kəs səsini dünyaya çatdırmaq  istəyirdi. Şüarlar səsləndirirdilər.

-Tələblər nə idi? Aksiya vasitəsi ilə hansı mesajları vermək istəyirdiniz?

– Tələblərimiz Laçın və Xankəndidə olan təbii sərvətlərimiz, faydalı qazıntı və qızıl yataqlarımızda aparılan ekoloji terrorun qarşısının alınması, bu sərvətlərdən qanunsuz istifadənin beynəlxalq hüquq normalarına  zidd olduğunu sübuta yetirmək, eyni zamanda ekoloqlarımızın həmin ərazilərdə monitorinq keçirmələrinə icazə vermələri idi. 

-Ərazidə olan sülhməramlılarla ünsiyyətdə ola bildinizmi?

– Sülhməramlıların bir qismi azərbaycan dilini bilirdi. Dilimizi bilənlərlə ünsiyyətimiz çox az oldu. Səsləndirdiyimiz şüarları bilməyənlər soruşub, öyrənməyə çalışırdılar. Rus dilini bilənlər onlara tərcümə edirdilər. Əslində onlara danışmaları üçün icazə verilmirdi.

-Sizin dəstəyə Ağcabədidən başqa qatılanlar oldumu?

– Xeyr, rayondan təkcə mən idim.

Fasiləsiz olaraq aksiyada fəaliyyətinizi davam etdirdiniz. Şüarlar səsləndirdiniz. Bu şüarlar hansılar idi? 

Şəhidlər ölməz, Vətən bölünməz”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır”,  “Ekoloji terrora son”, “Stop ekosit” və bu kimi digər şüarlar səsləndirirdik. 

-Mövzudan kənara çıxaq. Şuşanı ilk dəfə görürdünüz. Şuşa haqqında təəssüratlarınız

Ali Baş Komandanın siyasəti, Ordumuzun gücü sayəsində 30 illik  həsrətə son qoyulub. Əlbəttə ki, gənclik olaraq sevincliyik. Şuşa haqqında onu deyim ki, bu məkan sözlə ifadə edilə bilməyəcək qədər möhtəşəmdir. Təbiəti, havası, suyu insana bir doğmalıq yaşadır. Bölgədə yenidənqurma və tikini işləri davam etdirilir. Şuşada bir çox market şəbəkələri artıq fəaliyyətə başlayıb. Orada “Xarıbülbül” otelinin işçiləri, Şuşaya gələn bir qrup turistlə həmsöhbət oldum. Mənim kimi onlar da bu füsünkar gözəlliyə heyran qalmışdılar. 

-Yekun olaraq aksiyadan gözləntiləriniz nədir?  Sizcə nə vaxta qədər davam edəcək ?

– Bu aksiyada da öz humanistliyimizi, sülhsevərliyimizigöstərdik. Bizim gənc olaraq aksiyadan gözləntimiz, istəyimiz rus sülhməramlılarının general-mayoru Andrey Volkovun həmin ərazilərə gəlməsi və əraziyə gedən yolları hansı məqsədlə bağladığı barədə açıqlama verməsidir. Yolun tez bir zamanda açılmasını gözləyirik.  

-Sualları səmimi cavablarınız üçün təşəkkür edirəm. Çox sağolun

Siz sağolun.

Söhbətləşdi: Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər