“Böyük Qayıdış”a dair Dövlət proqramı İqtisadi və sosial baza yaratmışdır

Azərbaycan Respublikasınınişğaldan azad edilmiş ərazilərin “Böyük Qayıdış”ına  dair I Dövlət Proqramı işğaldan azad edilmiş ərazilərimizdə quruculuq işlərinin həyata keçirilməsinə güclü təkan verəcəkdir. Bu məqsədlə 2023-cü ilin Dövlət büdcəsində 3 milyarrd manat vəsaitin ayrılması Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinin Ölkə rəhbərliyinin xüsusi diqqət mərkəzində olduğunu sübut edir. 

Azərbaycan  Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi bu istiqamətdə atılan mühüm addımdır. 

Dövlət Proqramında Böyük Qayıdışı təmin edən infrastrukturun yaradılması ön plana çəkilmişdir.Həmin ərazilərdə logistik əhəmiyyətini artıran yeni yolların çəkilməsi, bölgədə müasir rabitə infrastrukturunun qurulması, ətraf mühitin qorunması, ekoloji cəhətdən təmiz enerji mənbələrinin yaradılması burada məskunlaşacaq əhalinin layiqli həyat şəraitini təmin edəcəkdir.

Proqramda strateji əhəmiyyət  kəsb edən işlərin çevik həllinə yönəlmiş idarəetmə sisteminin qurulması,hər bir ərazində idarəetməni həyata keçirən xüsusi nümayəndəliklərin formalaşdırılması əsas amil kimi planlaşdırılmışdır.

İşğaldan azad edilmiş ərazilərin  tam mənada inkişafına nail olmaq üçün birinci növbədə ən böyük təhkükə hesab edilən  minaların və partlamamış hərbi sursatın zərərsizləşdirilməsidir. Öz dədə-baba torpaqlarına qayıdacaq əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması və xidmət sahələrin yaradılması proqramda bütün incəliklərlənəzərə alınmışdır.

Bütün bunlar göstərir ki, işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi üçün təsdiq edilmiş “Böyük Qayıdış”  Dövlət Proqramı  mükəmməl tarixi sənəd olmaqla bölgənin inkişafına güclü təkan verəcəkdir.

Nazim Bünyatov 

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com