Hər bir xalqın həyatında iz salan,əməlləri ilə yadda qalan görkəmli şəxslər olmuşdur. Hələsağlığında xalqının Ümummilli Lideri adını qazanmışHeydər Əliyev məhz belə bir şəxsiyyət olmuşdur.
Bu dahi insan Azərbaycan xalqının qəlbində qurucuvə xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətiniqazanan öndər kimi əbədi yer tutmuşdur. Azərbaycanıntaleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlətquruculuğunda onun qədər misilsiz xidmətlər göstərənikinci dövlət xadimi tapmaq çətindir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə daimiməskən salmış güvənc yeri və dayaq sandığmız, sözün əslmənasında ən böyük Azərbaycanlı idi.
Onun xidmətlərini saymaqla qurtarmaq olmaz. UluÖndərin ən başilica xidməti Azərbaycanınparçalanmasının qarşısını alması və müstəqil dövlət kimimövcudluğunu təmin etməsidir. Bu gün ölkənin siyasihəyatında mühüm rol oynayan, bu yaxınlarda 30 illikyubileyini qeyd etdiyimiz Yeni Azərbaycan Partiyasınınyaradılması da Ulu Öndərin xidmətlərindən biridir.Ümummilli Liderin daha bir xidməti özünün başladığı, lakin həyata keçirməyə macal tapmadığı taleyüklüməsələləri həll etməyə qadir olan bir Dövlət rəhbəriyetişdirməsidir. Onun siyasi varisi cənab İlham ƏliyevAzərbaycanı çətin sınaqlardan üzü ağ çıxarmağı bacardıvə ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə müvəffəqoldu.
Dahi Liderin siyasi xəttini uğurla davam etdirənPrezident İlham Əliyev qətiyyətli Ali Baş Komandan, mahir siyasətçi və geniş dünya görüşünə malik dövlətxadimi kimi Ulu Öndərin ideyalarını dönmədən həyatakeçirərək 30 il işğal altında inləyən torpaqlarımızı geriqaytaran bir Fateh kimi dünya azərbaycanlılarınınyaddaşına həkk olundu.
Cənab İlham Əliyev gördüyü cahanşümül işlərlətəkcə ölkə vətəndaşlarının rəğbətini qazanmamışdır. O,hazırda dünyanın siyasi səhnəsində sözübütöv, etibarlı, cəsarətli və praqmatik bir ölkə başçısı kimi tanınır.Dünyada baş verən geosiyasi hadisələri real təhliletməklə düzgün qərar çıxaran, yeni qlobal çağırışlara uyğun adekvat yol seçən, öz təbirincə desək, nəyi nəvaxt və necə etməyi çox gözəl bilən cənab Prezident buxüsusiyyətləri ilə dünyada qəbul edilən ölkə rəhbərititulunu qazanmışdır.
BMT-dən sonra ikinci böyük təsisat olan QoşulmamaHərəkatına Azərbaycanın verdiyi töhfələr, xüsusənbəşəriyyəti təhdid edən koronovirus pandemiyasıdövründə cənab Prezident bu təşkilata böyük məharətləsədrlik etmişdir.
Prezident yorulmaz fəaliyyəti nəticəsindəAzərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyisistemində mühüm bir aktora çevrilmişdir.
Neft kapitalının insan kapitalına çevrilməsi, uğurluneft strategiyası ilə ölkəyə daxil olan maliyyə vəsaitlərinisəmərəli şaxələndirilməsi, o cümlədən ölkənin orduquruculuğuna yönəldilməsi, Regionların İqtisadi İnkişafıDövlət Proqramları sahəsində bölgələrin tarazlı inkişafınanail olunması cənab Prezidentin fəaliyyətinin əsas xəttinitəşkil etmişdir. Elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi, proseslərə yeni iqtisadi yanaşma, azad rəqabətliliyin və bazar iqtisadiyyatının bərqəraredilməsi, bütün sahələrdə cəsarətli və uğurlu islahatlarınhəyata keçirilməsi, ölkəmizin mühüm logistik mərkəzəçevrilməsi üçün lazimi infrastrukturların yaradılması,Azərbaycanın müasir inkişaf mərhələsini səciyyələndirənəsas xüsusiyyətlərdəndir.
Cənab Prezidentin rəhbərliyi altında qəhrəman ordumuzun 2020-ci ildə cəmi 44 günə işğalçı Ermənistan üzərində qazandığı şanlı qələbə 30 ilə yaxın xalqımızın ürəyində qövr eləyən yaraya məlhəm oldu. Müharibənin gedişində Müzəffər Ali Baş Komandan əsl Sərkərdə qətiyyəti, siyasi iradə və diplomatik hünər nümayiş etdirdi. Cənab Prezident müharibədən sonra da davam edən ermənipərəst Dövlətlərin və Beynəlxalq Təşkilatların təzyiqinə mətanətlə sinə gərir, sərhədlərin delimitasiya və demarkasiyasına, Zəngəzur dəhlizinin açılmasına qarşı çıxan qaraguruhçu qüvvələrə qarşıcəsarətlə, siyasi qətiyyətlə mübarizə aparır, onları məntiqi faktlarla susdurur.
Cənab Prezident işğaldan azad edilmiş ərazilərin bərpası və dirçəldilməsini, şəhid ailələri və qazilərin problemlərinin həllini, xalqın maddi rifahın yüksəldilməsini daim diqqətdə saxlayır.
Türkdilli dövlətlərin birliyinin yaranmasında dacənab İlham Əliyev yorulmaq bilmədən məqsədyönlü fəaliyyət göstərir.
Bu gün Azərbaycan Lider İlham Əliyevin rəhbərliyi ilə özünün ən böyük inkişaf və özünütəsdiq mərhələsini yaşayır.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini