Ağcabədidə gənclər arasında Dayanıqlı İnkişafın Məqsədləri haqqında maarifləndirmə tədbiri keçirilmişdir

  28 dekabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbində gənclər arasında Dayanıqlı İnkişafın Məqsədləri haqqında maarifləndirmə tədbiri keçirilmişdir. 

   Tədbirdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müvini Eldəniz Qənbərov çıxış edərək Dayanıqlı İnkişaf Məqsədlərindən ətraflı bəhs edib. E.Qənbərov bildirib ki, bu məsələ Azərbaycanın dövlət siyasətinin ən mühüm tərkib hissələrindən biridir və bu istiqamətdə ölkəmizdə kompleks tədbirlər həyata keçirilir.

   Tədbirdə çıxış edən məktəbin direktoru Səadət Kazımova və başqaları mövzunun aktuallığından, ölkəmizdə dayanıqlı inkişafın təmin olunması ilə bağlı görülən işlərdən və bu sahədə əldə olunmuş uğurlardan danışıb.   

     Çıxış edənlər vurğulamışdır ki, təhsil Dayanıqlı İnkişaf Məqsədləri arasında xüsusi yer tutur. Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsi, yetişməkdə olan gənc nəslin daha da bilikli və savadlı olmasıdır.

   Yekunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com