Təcrübə üçün səfər et

Dekabrın 22-də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin könüllüləri təcrübə məqsədi ilə “Aran” qəzeti redaksiyasında oldular.

Gənclər əvvəlcə “Aran” qəzetinin fəaliyyəti, iş prinsipi ilə yaxından tanış edildilər. Burada könüllülərə “Aran” qəzetinin nəşr tarixi, müxtəlif dövrlərdəki fəaliyyəti haqqında geniş məlumat verildi, qəzetin hazırlanma prosesi, tərtibatı ilə bağlı əyani nümunələr göstərildi. Sonra gənclər “Aran Ağcabədi”Tv-nin fəaliyyəti ilə də tanış oldular. Xəbərlərin hazırlanması prosesini izlədilər, montaj işlərinin bəzi sirlərini öyrəndilər. Könüllülərə həmçinin “aranqazeti.az” saytının fəaliyyəti, gündəlik işləri haqqında məlumat verildi.   

Pərvin ŞAKİRQIZI

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com