Dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycanİcmasının bir qrup üzvü ilə həmin təşkilatın inzibati binasında görüş keçirmişdir. Görüşdə ölkə başçısı çıxış edərək XIX-XX əsrlərdə erməni millətçilərinin müxtəlif dövrlərdə azərbaycan xalqına qarşı etnik təmizləmə və soyqrımı törətməsi, tarixi torpaqlarımızınhiyləgər planlarla zəbt etmələrini faktlar əsasında diqqətə çatdırdı.Çıxışda vurğulandı ki, xalqımıza qarşı ermənilər zaman-zaman törətdiyi cinayətlərə görə cəzalanmadığı üçün azqınlaşaraq müəyyən vaxt keçdikdən sonra yenidən torpaq iddiaları qaldırmış, məkrli planlar həyata keçirmişlər.
Hələ 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti yarananda ermənilərin gözlənən irticasını qabaqlamaq üçün Azərbaycanın tarixi şəhəri İrəvanın Ermənistana bağışlanması onların bəd əməllərinin qarşısın almamış, əksinə bundan iştahlanaraq yeni torpaqlar əldə etmək üçün başqa avantüraya əl atmış, 1920-ci ildə Zəngəzurun və bir sıra torpaqlarımızın da Ermənistana birləşdirilməsinə nail olmuşlar.
Başda Stalin olmaqla onun ətrafında vəzifə tutan ermənilərin fitvası ilə 1948-1953-cü illərdə kolxozçuların guya məhsuldar torpaqlara köçürülməsi adı altında Qərbi Azərbaycanlılara qarşı dəhşətli sürgün planı həyata keçirilmişdir. Onlar doğma yurd-yuvalarından deportasiya edilərək zorla Azərbaycan ərazilərinə köçürülmüşlər.
Bütün bunlar azmış kimi 1988-ci ildə ermənilər yenidən fəallaşaraq Dağlıq Qarabağ ərazisini Ermənistana birləşdirmək üçün növbəti təxribata əl atdılar. Ermənilərin əlində oyuncağa çevrilən Sovetİttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi Mixail Qorbaçovun separatçı hərakata dəstək verməsi sayəsində ermənilərin mitinqlə başlayan hərəkatı sonradan silahlı təcavüzə, qanlı toqquşmaya və nəhayət torpaqlarımızın 20%-nin işğalı ilə nəticələndi.
1920-ci ilin sentyabr ayının 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan və cəmi 44 gün ərzində Ermənistanı diz çökdürərək tarixi Zəfərə imza atan Azərbaycan Ordusu ermənilərin əsrlərlə davam edən təcavüzlərinə ilk dəfə olaraq layiqli cavab verib, onlara öz yerlərini göstərdi, 30 il işğal altında qalmış torpaqlarımız azad edildi.
Lakin Ermənistanın kapitulyasiyası ilə nəticələnən Vətən müharibəsi 2 ildir başa çatsa da ermənilər,onlara havadarlıq edən dövlət və təşkilatlar siyasi meydanda antiazərbaycan çıxışlarını davam etdirir. Azərbaycanın sülh təkliflərini hər vəchlə əngəlləməyə çalışır, 10 noyabrda imzalanmış 3 tərəfli Bəyanatınmüddəalarını pozaraq, Zəngəzur dəhlizinin açılmasına mane olurlar.
Məhz buna görə də məkrli erməni siyasətinə qarşı Azərbaycan artıq balanslaşdırılmış siyasətə yox, hücum diplomatiyasına üstünlük verməlidir. Cənab Prezident çıxışında indiki dövr üçün çox böyük siyasi əhəmiyyət kəsb edən bir fikir də səsləndirdi: “Hesab edirəm ki, biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi gündəliyimizdə duran məsələ budur.”
Görüşün sonunda bir qrup ziyalı çıxış edərək xalqımızın tarixi həqiqətlərini, o cümlədən, Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın hüququnun bərpası istiqamətində qaldırdığı məsələyə görə cənab Prezidentə öz təşəkkürlərini bildirmiş, bu istiqamətdə üzərlərinə düşən vəzifənin layiqincə icra edəcəklərini bildirmişlər.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini