Ağcabədidə icra başçısı şəhid ailələrini ziyarət edib

  Ağcabədi rayonunda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə şəhid ailələri ziyarət olunub. Dekabrın 30-da Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Qaravəlli, Hacıbədəlli, Qiyaməddinli kəndlərində  və Ağcabədi şəhərində şəhid Xəzər Bayramov, Məhəbbət Quliyev, Toğrul Abbasov, Dəyanət Əliyev və Cəmaləddin Məmmədovun ailələrini ziyarət edib.

    Dövlət Təhlükəsizlik Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi,   RİH-in Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri  və digərlərinin iştirakı ilə baş çəkilən ailələrə bayram sovqatı təqdim olunub. 

    Şəhid ailələrinin üzvlərini bayram münasibəti ilə təbrik edən rayon rəhbəri onların qayğıları, həmçinin şəhidlərimizin məktəbli övladlarının dərsləri ilə maraqlanıb.

   Söhbət zamanı Vətən müharibəsində qazandığımız qələbədən,  bu zəfərin əldə olunması üçün canından və sağlamlığından keçən vətən oğullarının özlərinə, ailələrinə göstərilən  dövlət qayğısından söz açılıb, bütün bünlara görə ölkə başçısına minnətdarlıq hissləri ifadə olunub.

Fotolar Mais İbrahimovundur


                                             
M. Ağayeva

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com