31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə GTM Qarabağ ofisinin bir qrup könüllüsü və əməkdaşları şəhid Məkan Mübariz oğlu Qəhrəmanov, İntiqam Eynullah oğlu Hacıyevin ailələrinə baş çəkib, bayram münasibətilə onları təbrik ediblər.
Görüşlərdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarına ən böyük əmanətlərindən olan müstəqil dövlətimiz və vahid məqsəd ətrafında sıx birləşmək ideyası Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dəmir iradəsi, rəşadətli Silahlı Qüvvələrimizin qəhrəmanlığı nəticəsində əldə edilmiş Böyük Zəfər dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizi daha da ruhlandırıb, onların ümummilli maraqlar ətrafında sıx birləşməsinə zəmin yaradıb.
Qeyd edib ki, ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilib. Buna görə də hər bir şəhidin keçdiyi həyat yolu gənclərimiz üçün canlı bir nümanədir və bu səbəbdən də gənclərimizin şəhid ailələrini ziyarət etməsi, onların döyüş yolu ilə yaxından tanış olmaları gələcək nəsillərdə vətənpərvərlik hissinin daha da möhkəmləndirilməsində mühüm rol oynayır.
Görüşdə övladları haqqında xatirələrini bölüşən şəhid valideynləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Eyni zamanda GTM Qarabağ ofisi və GÜVƏN Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən ailələrə bayram sovqatı da çatdırılıb.