Ağcabədi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yolu keçən 1953-cü il təvəllüdlü Niftalıyev Fikrət Səməd oğlunu avtomobil vurub.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.