Dünya azərbaycanlılarını birləşdirən dövlət

   Dünya Azərbaycanlılarının Həmrəyliyi Günününəsası 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilmişdir. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət edərək, dekabrın 25-də Azərbaycan respublikası Ali Sovetinin Milli Şurası müraciətinəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elanolunması barədə qanun qəbul etmişdir. 

  Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib. Ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində bu gün mühüm rol oynayır. 

   Artıq iki ili geridə qoyaraq deyə bilirik ki, Milli Həmrəylik Günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Çünki torpaqlarımızın işğaldan azad olunması həm də millihəmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevinçağırışı ilə Vətən müharibəsinə qalxdı. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratdıvə ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyəti sayəsində əldə edildi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da yüksək dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Vətən müharibəsi zamanı xaricdə yaşayansoydaşlarımızın düşmənin məkrli təxribatlarınaqarşı etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Zəfərimizə layiqli töhfə oldu. Vətən müharibəsi xalqımızın mübarizliyini bütündünyaya nümayiş etdirdi. Bu savaşda xalqımız İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ənmükəmməl nümunəsini yaratdı.

  Həçinin vurğulamaq istəyirəm ki, bu il ölkəniniqtidar partiyası olan Yeni Azərbaycan Partiyasıüçündə uğurlu keçmişdir. Cənubi Qafqaz kimi regionunun ən güclü siyasi təşkilatına çevrilənYeni Azərbaycan Partiyasının yaradılmasının builin noyabr ayının 21-də 30 ili tamam olmuşdur.Ölkəmizin siyasi həyatında aparıcı rol oynayan yeni Azərbaycan Partiyasının yaranması dövrünəvə keçdiyi şərəfli yola nəzər saldıqda onun hansızərurətdən meydana çıxmasının şahidi olmuşuq.Yeni Azərbaycan Partiyası ötən 30 il ərzindəböyük inkişaf yolu keçib və bir çox uğurlara imzaatıb. Bütün bunlar deməyə əsas verir ki, ümumxalq partiyası olan YAP-ın fəaliyyəti qarşıdakı dövrdə də Azərbaycanın inkişafına xidmət edəcəkdir. Bizim əldə etdiyimiz bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onunüzvlərinin böyük əməyi, zəhməti, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimibu böyük məsuliyyəti hiss edir, onu öz üzərinəgötürür. Partiyamızın üzvləri müxtəlif sahələrdəölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünyamiqyasında çox böyük və güclü partiyadır. Bizim əlaqələrimiz də genişlənir. Beləliklə, məndə partiyamızın gələcək inkişafına bir dahauğurlar diləyirəm.

  Eyni zamanda mən fürsətdən istifadə edərək bu yaxınlarda daha dəqiq dekabrın 24-də döğum gününü qeyd edən ölkə başçısı Cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edərək, gələcək fəaliyyətində dövlət rəhbərinə uğurlar arzulayaraq hər zaman dəmir yumruq və dəmir iradəsinin zirvələrdə olmasını diləyirəm.

  Ağcabədililər çox gözəl bilir ki, Cənab Prezident 50-illik yubileyini burada yəni Ağcabədidə keçirmişdir. Məcburi köçkünlərlə görüşü zamanı ölkə rəhbəri onlara gələcəkdə doğum gününü işğaldan azad olunan ərazilərdə keçirməyini söz vermişdir. Bəli bu belədə oldu dövlət rəhbəri 60-illik yubileyini məhs Şuşada Cıdır düzündə qeyd etdi. Bax budur ölkə başçısının imzası qədər dəyərli və qətiyyətli sözü. Biz inanırıq ki, İlham Əliyevin doğum günündə Qərbi Azərbaycanla sözlədiyi fikirlərə dair qisa zaman ərzində öz həlli istiqamətində mühüm addımlar atılacaqdır.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com