YAP Ağcabədi rayon təşkilatının yaranmasından 28 il ötür

Yanvar ayının 14-də YAP Ağcabədi rayon təşkilatının təsis edilməsinin 28-ci ildönümü münasibətilə tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə  Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək onun əziz xatirəsini ehtiramla yad etdilər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Yeni Azərbaycan Partiyasının banisi, ulu öndər Heydər Əliyevin, dünyasını dəyişmiş YAP üzvlərinin və xalqımıza Qələbə sevinci yaşadan,  dövlət müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla  yad edildi.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək qeyd etdi ki, yanvarın 15-də Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının təsis edilməsinin 28 ili tamam olur. Bu münasibətlə mən hamınızı ürəkdən təbrik edir, gələcək siyasi fəaliyyətinizdə Sizlərə uğurlar diləyirəm. Bu gün biz YAP Ağcabədi rayon təşkilatının yaranmasının ildönümünü xoş əhval ruhiyyə ilə təntənəli şəkildə qeyd edirik. Lakin bu təşkilatın yaranması heç də asan olmamışdır. 1988-1993-cü illərdə Respublikamızın hər yerində olduğu kimi Ağcabədi rayonunda da hərci-mərclik, xaos, hakimiyyətsizlik baş alıb gedirdi. Ağcabədi şəhərində iki-üç qanunsuz silahlı dəstə yaranmışdı. Rayonun əhalisi qorxu və təlaş şəraitində yaşayır, sabahkı günə ümid bəsləmirdilər. Torpaqlarımız ardıcıl olaraq Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunurdu. Belə bir çətin məqamda, yəni  1993-cü ilin mart ayının 8- də 12 nəfər: Teymur Rəhimov, Tofiq Ağamirov, Yasin Cəfərov, Məzahir Səlimov, İbadət Cəmilov, Ənvər Murtuzov, Vaqif Şirinov, Məmmədqulu Namazov, Sabir Əliyev, İsrəfil Nəsirov, Şahmar Məmmədov və  Aydın  Həsənov təşəbbüs qrupu yaradaraq partiyanın rayon təşkilatını təsis etmək üçün fəaliyyətə başladılar. Təşkilat komitəsinin üzvləri təhqirlərə, hədə-qorxulara məruz qalsalar da böyük çətinliklərlə üzləşsələr də 1993-cü ilin sonuna kimi 12 ilk təşkilatda 167 nəfər YAP üzvünü birləşdirməyə müvəffəq olmuşlar. 1995-ci ilin əvvəllərində partiya üzvlərinin sayı 400-nəfəri keçmişdi. Partiyanın rayon təşkilatının təsis konfransı 1995-ci il yanvar ayının 15-də Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilib. Təsis konfransıın işində hazırda YAP Mərkəzi Aparatında təşkilat şöbəsinin müdiri işləyən  Əhliman Tağıyev, partiyanın Qarabağ zonası üzrə   təlimatçısı Misirxan Vəliyev, “Səs ” qəzetinin müxbiri Hüseyn Paşayev iştirak etmişlər.

Rövşən Əhmədov çıxışında həmçinin vurğulamışdır ki, böyük qürur hissi ilə bildirirəm ki, o qarışıq zamanda çətinliklərlə sinə gərərək yaradılan YAP Ağcabədi rayon təşkilatı bu gün 88 ərazi təşkilatında 16520 nəfər partiya üzvünü özündə birləşdirir. Yarandığı gündən YAP Ağcabədi rayon təşkilatı YAP Mərkəzi təşkilatının yaxın köməkçisi olmuş, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin və Mərkəzi Aparatın göstəriş və tövsiyyələrini vaxtında və layiqincə yerinə yetirmişdir.

Məruzə ətrafında YAP Ağcabədi rayon təşkilatının yaradılmasında fəal iştirak edən YAP veteranı Tofiq Ağamirov, 8 saylı  ərazi təşkilatının sədri Anar Qasımov,  Partiya veteranı Zəhra İbrahimova,Xəzangül Qədimalıyeva, Vətən müharibəsi iştirakçısı Zəfər Təhməzov  çıxış edərək partiya üzvlərini təbrik edərək fikirlərini bölüşdülər.

Partiya həyatında  fərqlənən YAP fəalları və partiya veteranlarının bir qrupuna YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmanları təqdim edilmişdir.

                                                                                                                                                             Kənan İSAYEV

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com