“Heydər Əliyev və 20 Yanvar həqiqətləri” mövzusunda dəyirmi masa

“Heydər Əliyev İli” çərçivəsində Ağcabədi rayonunda  silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Hazırlanmış tədbbirlər planına əsasən, 17 yanvar 2023-cü il tarixdə  Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyində  “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu”  mövzusunda dəyirmi masa keçirildiRayon İcra Hakimiyyəti və Ağcabədi Regional Mədəniyyət İdarəsi tabeliyində olan Ağcabədi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə əsasən mədəniyyət işçiləri və media nümayəndələri iştirak etdi. Anım iştirakçıları ilk öncə foyedə təşkil edilmiş rəsm və kitab sərgisi ilə tanış olublar. Daha sonra ulu öndər Heydər Əliyevin və azadlığımız uğrunda canından keçən Vətən qəhrəmanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

 Mərkəzi Kitabxana Sisteminin direktoru Məhəbbət Əliyeva açılış nitqi ilə çıxış edib. Sonra Ağcabədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Rahilə Şükürova, Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Elçin Cəfərov, Mərkəzi Kitabxanın direktor müavini Təranə Məmmədova, Tarix – Diyarşünaslıq Muzeyinin direktoru Sadiq Əliyev, Ağcabədi Dövlət Rəsm Qalereyasının əməkdaşı Şəki Əliyeva və Hacıbədəlli Kənd Uşaq Musiqi Məktəbinin direktoru Məhbubə Əliyeva çıxış edərək,  Qanlı yanvar faciəsindən söz açdılar, həmin hadisələrin dünyaya çatdırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətini xüsusi vurğuladılar. Müdhiş gecənin səhərisi günü Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək, kəskin bəyanatla çıxış edən dahi liderin bu addımının böyük cəsarət istədiyini qeyd edən çıxışçılar məhz həmin gün SSRİ-nin iç üzünün bütün dünyada ifşa olunduğunu diqqətə çatdırdılar. Həmçinin o da qeyd olundu ki, 20 Yanvar faciəsinə siyasi qiymət verilməsi də məhz Heydər Əliyevin sayəsində mümkün olmuşdur.

Həmin illəri xatırlayarkən Ağcabədidən olan 20 Yanvar şəhidi Faiq Əlizadənin də xatirəsi yad edilib. Qeyd olunub ki, hadisə gecəsi “Gənclik” mertostansiyası yaxınlığında olan Faiq Əbdülhüseyn oğlu Əlizadə elə oradaca güllələnib. Onu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

                                                                                                   Gündüz Sevindik

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər