20 Yanvar şəhidi Faiq Əlizadənin həyat yoldaşı minnətdarlığını bildirib

Torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda canını fəda edən şəhidlərimiz heç zaman unudulmur, xatirələri daim əziz tutulur, yaxınları, ailələri ziyarət edilir. Dövlətimiz tərəfindən onların ailələrinin problemləri, çətinlikləri diqqətdə saxlanılır, müsbət həlli üçün bütün addımlar atılır.Ağcabədidə də bu qayğı hər zaman diqqət mərkəzindədir.

Bildiyimiz kimi,  20 Yanvar faciəsi baş verən zaman Ağcabədidən olan Faiq Əlizadə də həlak olanlar arasında idi. 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı şəhidimizin ailəsi ilə əlaqə saxladıq. Faiq Əlizadənin həyat yoldaşı Kəmalə Əlizadə  şəhid ailələrinə göstərilən  diqqət və qayğıdan ürəkdolusu danışdı, dövlətimizə buna görə öz minnətdarlığını bildirdi:

“Bir şəhid ailəsi olaraq ölkə rəhbərliyi tərəfindən hər zaman diqqət, qayğı görmüşük.  Ümummilli liderimiz Heydər Əliyevin bu faciəyə siyasi müstəvidə qiymət verilməsində xüsusi əməyi olmuşdur. Ulu öndər respublikamızın azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərimizə mübarizlər adını vermişdir. 1990-cı ilin qanlı yanvar gecəsində həyat yoldaşım Faiq Əlizadə şəhid olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Hətta onu da qeyd edim ki, biz 33 ildən sonra bu adın sənədlərini alacağıq. Düzdür, Fərman verilmişdi, lakin sənədi almamışdıq. Bu yaxınlarda təqdimatı olmalıdır. Mən buna görə dövlətimizə, Prezidentimizə minnətdaram. Biz şəhid ailələrini  hər zaman yüksəkdə tutur. Rifah halımızın yaxşılaşdırılması üçün addımlar atır.   Bildiyiniz kimi, bu yaxınlarda  (5 yanvar 2023-cü il 3708 nömrəli Sərəncam) Prezidentin Sərəncamı ilə 20 yanvar şəhidinin ailəsinə verilən  təqaüdün miqdarı da artırıldı. Hər zamankı kimi bu il də xüsusi diqqəti, qayğını gördük. Öz adımdan, övladlarım adından bu həssas yanaşılmaya görə minnətdarlığımı ifadə etmək istədim.

Bundan əlavə, bizi diqqətdə saxlayan hər kəsə, xüsusilə də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova öz təşəkkürümü bildirirəm. 20 Yanvar faciəsinin şəhidləri daim yad edilir, xatirələri əziz tutulur. Mən həmişə Ağcabədidən diqqət, qayğı görmüşəm. Burada, öz yaşadığım ərazidə də həmin qayğını hiss edirəm, amma mən həmişə doğma rayonumundan necə deyərlər, diqqət ummuşam. Çünki Ağcabədi mənim doğulub, boya-başa çatdığım yerdir, həyat yoldaşım orda doğulub. Rayonda  Faiqin adına küçə var.  Oranı daha doğma hiss edirəm özümə. Hər vaxt bizə göstərilən   bu diqqət insanda tamam fərqli hisslər, duyğular yaradır”.

Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com