Ağcabədidə “20 Yanvar  Şəhidləri”nin xatirəsinə həsr olunmuş şahmat üzrə rayon turniri keçirilmişdir

16-20 yanvar 2023-ci il tarixlərində Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə UGİŞM-in binasında “20 Yanvar Şəhidləri”nin xatirəsinə həsr olunmuş şahmat idman növü üzrə oğlanlar və qızlar arasında rayon turniri keçirilmişdir.  Rayon turnirində 80-ə yaxın şahmatçı iştirak etmişdir.

Turnirin yekununda I, II və III yerləri tutmuş şahmatçılara diplomlar təqdim edilmişdir. 

Şərhlər