Azərbaycanla  BƏƏ-nin yaşıl enerji istehsalında yeni əməkdaşlığı

Prezident İlham Əliyevin  yanvarın 16- da Birləşmiş Ərəb Əmirliklərinə səfəri, keçirdiyi görüşlər və Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı mühüm əhəmiyyət daşıyır. İlk növbədə, onu qeyd etmək lazımdır ki, mötəbər tədbirə Prezident İlham Əliyevin dəvət edilməsi Azərbaycana və onun liderinə olan böyük inamın, etimadın və hörmətin təzahürüdür. Prezident İlham Əliyevin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışında da qeyd etdiyi kimi “Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir”.

Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə dəvət olunması Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək, mühüm beynəlxalq layihələrin müəllifinə və təşəbbüskarına çevrilən ölkəmizin dünya miqyasında artan nüfuzunun göstəricisidir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan ölkə başçısının uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır.

Ümumiyyətlə, Azərbaycanın ərəb ölkələri ilə, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri ilə strateji əhəmiyyət daşıyan münasibətləri dövlət siysətinin əsas vektorlarından biridir. Birləşmiş Ərəb Əmirliyi enerji istehsalı nöqteyi-nəzərdən dünyada özünəməxsus bir yer tutur. Azərbaycan isə bu gün Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edir, deməli, müsbət iqtisadi dinamika gözləməliyik.

Azərbaycanda “yaşıl enerji” sektoruna sərmayənin qoyulması əhalinin dayanıqlı və ekoloji təmiz enerji ilə təmin olunması baxımından önəmlidir. Ölkəmizdə “yaşıl enerji” ilə bağlı dayanıqlı infrastruktur qurduqdan sonra daxildə ekoloji təmiz enerjidən böyük həcmdə istifadə məsələsi gündəmə gələ bilər. Həmçinin, Azərbaycanın “yaşıl enerji” sahəsində icrası planlaşdırılan qlobal layihələrdə pay sahibi olması, eləcə də ölkə daxilində bu sektora sərmayə yatırması iqtisadiyyatımızın şaxələndirilməsi baxımından da böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq işğaldan azad olunan ərazilərdə də “yaşıl enerji” zonası yaradılacaq. Dövlət Proqramına görə “Yaşıl enerji” zonasının yaradılması çərçivəsində elektrik enerjisi dəyər zəncirinin hər bir həlqəsində “yaşıl texnologiya”lardan və “yaşıl enerji” potensialından texniki və kommersiya əlverişliliyi nəzərə alınmaqla istifadə ediləcək.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib. "Aran"ın məlumatına görə, bu barədə səfirliyin tvitter hesabında bildirilib.

Türkiyədə xilasedicilər dörd azərbaycanlı tələbəni dağıntılar altından çıxarıb

Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıb.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə çatıb, 12 068 nəfər yaralanıb – YENİLƏNİB

23:20 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə, yaralananların sayı isə 12 068-ə yüksəlib. "Aran" Türkiyə...

Türkiyədə baş verən zəlzələ 14 milyondan çox insanın yaşadığı bölgəyə təsir edib

Mərkəzləri Kahramanmaraşın Pazarcık və Elbistan bölgələrində baş verən zəlzələlər 10 vilayətdə 13 milyon 421 min 699 nəfərin yaşadığı bölgəyə təsir edib.

Prezident İlham Əliyevin tapşırığına əsasən növbəti iki təyyarə Türkiyəyə yola salınacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Türkiyədə 7 günlük ümummilli matəm elan edilib

Türkiyədə güclü zəlzələ ilə əlaqədar 7 günlük ümummilli Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb. "2023-cü...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm Türkiyə!” adlı humanitar yardım kampaniyanı elan edir

Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss...

Xaricdə verilən diplomların Azərbaycanda tanınması üçün tələblər müəyyənləşib

Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilinnövbəti səviyyələri üzrə təhsilini davam...

Azərbaycan XİN-də Türkiyədəki zəlzələ ilə əlaqədar Operativ Qərargah yaradılıb

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Operativ Qərargah yaradılıb.

Şərhlər