Bəxtiyar Vahabzadə Azərbaycan poeziyasının qüdrətli nümayəndələrindən biridir. O, geniş fəlsəfi dünyagörüşünə, milli və bəşəri düşüncə tərzinə, kamil sənətkarlıq məziyyətlərinə görə böyük Şərq mütəfəkkiridir. Onun yaradıcılığında poetik fikrin, bədii ifadənin fəlsəfi qayəsi bəşəri mahiyyət kəsb edir, o heç vaxt poetik cizgilərin təsviri ilə kifayətlənmir. Bu poeziyada ədəbi-bədii, ictimai-fəlsəfi, milli-mənəvi və dini komponentlər küll halında qovuşaraq, bəşəri dəyərlər xəzinəsini zənginləşdirir. Bəxtiyar Vahabzadənin poetik təfəkkürünün məğzində millilikdə bəşəriliyin harmoniyası ehtiva olunur.
Şairin müxtəlif vaxtlarda qələmə aldığı bir sıra poemalar vardır ki, bunlar yalnız onun yaradıcılığı çərçivəsində deyil, ümumiyyətlə çağdaş Azərbaycan poeziyası miqyasında önəmli ədəbi hadisələr kimi zəngin səciyyəyə malikdirlər.
Bəxtiyar Vahabzadənin poemaları humanitar fəlsəfi ənənələrin təkamülü zəminində yeni ideyalar və sənətkarlıq təcrübəsi ilə zənginləşərək milli oyanış, milli-mənəvi dirçəlişin amili və stimuluna çevrilmişdir.
Xalq şairinin yaradıcılığında “Gülüstan” poeması xüsusi yer tutur. Bu əsər poeziyamızda ədəbi hadisə hesab olunur. Poemada ikiyə bölünmüş xalqımızın, vətənimizin tarixi faciəsi yüksək vətənpərvərlik hissi və cəsarəti ilə əks olunmuşdur. Şair tarixi faciəmizin baş verdiyi səhnəni sənətkar-vətəndaş ağrısı ilə canlandırır.
İpək yaylığıyla o, asta-asta,
Silib eynəyini gözünə taxdı.
Əyilib yavaşca masanın üstə
Bir möhürə baxdı, bir qola baxdı.
Kağıza həvəslə o da qol atdı,
Dodağı altından gülümsəyərək,
Bir qələm əsrlik hicran yaratdı,
Bir xalqı yarıya böldü qılınc tək.
Bu misraların ruhunda vətəninin, xalqının, taleyi üçün yanan bir şair-vətəndaşın harayını eşidirik. Sənətkar məharəti ilə qələmə alınmış misralarda şairin kədər dolu poetik etirazı əks olunur:
Öz sivri ucuyla bu lələk qələm,
Dəldi sinəsini Azərbaycanın.
Başını qaldırdı,
Ancaq dəmbədəm
Kəsdilər səsini Azərbaycanın.
O güldü, kağıza qol çəkən zaman,
Qıydı ürəklərin hicran səsinə.
O güldü haqq üçün daim çarpışan
Bir xalqın tarixi faciəsinə.
Öz xalqının tarixi faciəsini bədii sənət müstəvisində böyük cəsarətlə canlandıran şair, ilk dəfə olaraq ədəbiyyatımızda milli düşüncənin, milli özünədərkin təməlini qoydu.
B.Vahabzadə ötən əsrin əllinci illərinin axırlarından başlayaraq mübariz ruhda, vətənpərvərlik duyğularıyla millət sevgisini təbliğ edən qabaqcıl düşüncə sahibi kimi xalqın diqqət və məhəbbətini qazanmışdır. Milli ruhda yazılmış əsərlər təqib olunurdu. Mənsub olduğu xalqı, milləti sevmək, onun taleyində baş verən ədalətsizlikləri dünyaya yaymaq, milli düşüncənin, milli şüurun inkişafına xidmət edən fikirləri təbliğ etmək millətçilik hesab olunurdu.
Sovet imperiyasının, kommunist rejiminin at oynatdığı, siyasi sensuzranın tüğyan etdiyi bir dövrdə öz xalqının, vətəninin ağrı dolu taleyini qələmə alaraq, işğalçıya, yadelliyə kəskin nifrət hissini bədii sənət dili ilə ifadə etmək cürəti böyük qəhrəmanlığa bərabər idisə, digər tərəfdən şairin şəxsi taleyi üçün ağır fəlakət sayılırdı. B.Vahabzadə 1959-cu ildə qələmə aldığı “Gülüstan” poemasının “Şəki fəhləsi” qəzetində dərc etdirdikdən sonra imperiyanın əlaqədar təşkilatlarının qəzəbinə tuş gəlir. B.Vahabzadənin “Gülüstan” poeması qeyrətli şair-vətəndaşın bədii etirazı və poetik “üsyanı”idi:
Qoyulan şərtlərə razıyıq deyə,
Tərəflər qol çəkdi müahidəyə.
Tərəflər kim idi?!
Hər ikisi yad.
Çar Rusiyası və İran dövləti poemada ifşa hədəfi olaraq şair tərəfindən kəskin hiddətlə lənətləndirilir.Poemanın hər misrası sanki yadelliyə, işğalçıya qarşı atılan mərmiyə bənzəyir. Bu misralarda xalqın ərən oğullarının etiraz harayı eşidilir:
Yadlarmı edəcək bu xalqa imdad?!
Qoy qalxsın ayağa ruhu Tomrisin…
Bəs hanı bu əsrin öz Koroğlusu
Qılınc Koroğlusu, söz Koroğlusu?
Babaların şəni, şərəfi, əlbət,
Bizə əmanətdir, böyük əmanət.
Əsər bədii-publisistik dildə yazılsa da, şairin poetik məramı, bədii niyyəti yığcam və kəskindir. O, xalqımızın, millətimizin taleyinə qəsd edənlərin, millətin, yurdun ikiyə bölünməsinin səbəbkarlarını cəsarətlə, ifşaedici şəkildə əks etdirmişdir:
Atıb imzasını hər kəs varağa,
Əyləşir sakitcə keçir yerinə.
Eynəkli cənabla, tesbehli ağa
Qalxıb əl də verir biri-birinə.
Burada “eynəkli cənab” rusların, “təsbehli ağa” isə farsların nümayəndəsi kimi nifrətlə təsvir olunmuşdur. Daha sonra şair bu nümayəndələrin mənsub olduqları hakimiyyətlər tərəfindən Azərbaycana qarşı törədilən ədalətsizlikləri, mənəvi və fiziki əzabların bədii-psixoloji mənzərəsini canlandırmışdır.
Şairin bu əsərdə bədii dillə ifadə etdiyi ittihamlar senzuranı çox narahat etmişdi. Amansız təqiblərə baxmayaraq, xalqın qəlbində cəsarətli şair oğluna tükənməz və əbədi məhəbbət yarandı. Təsadüfi deyildir ki, qadağan olunmuş bu əsər xalqın vətənpərvər övladları tərəfindən əzbərlənir, üzü köçürülərək gizli surətdə əldən-ələ gəzirdi.
İctiami-siyasi əhəmiyyəti və vətəndaşlıq mövqeyi ilə seçilən bu poemada əxlaqi və bədii-fəlsəfi düşüncələr aləmi zəngindir.
Şairin poemanı Şəhriyarın məhşur “Heydərbaba” poemasının haray dolu misraları ilə tamamlaması məhz xalqın ruhunun, məhəbbətinin həmişə bütöv olmasını, çağırış kimi ümumiləşdirməsidir.
B.Vahabzadə “Gülüstan” poeması ilə başlanan və həqiqi şair-vətəndaş qayəsi ilə daim yaşayan sənətkar olduğu üçün ədəbi düşüncəmizdə milli birliyin, azərbaycançılığın öncülünə çevrildi.
Vaqif Allahverdiyev,
ADPU Ağcabədi fiialının dosenti, filologiya üzrə fəlsəfə doktoru

Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasında tarixi hadisələrin bədii əksi