AQTA-dan sahibkarlara müraciət

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarlara müraciət edib.

Qurumdan  bildirilib ki, yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunda yer alan tələblərdən biri də qida məhsullarının etiket məlumatları ilə bağlıdır.

Qeyd olunub ki, qanuna əsasən, qida məhsullarının üzərində “müalicəvi” adının yazılması qadağandır.

“Qida məhsullarının etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməsi və ya bu cür təəssürat yaradan ifadələrin qeyd edilməsi “Qida təhlükəsizliyi haqqında” Qanunla qadağan edilib. Çünki qida məhsulu üzərində yanlış məlumatların yerləşdirilməsi istehlakçıların aldadılması, dolayısı ilə onların hüquqlarının pozulması ilə nəticələnə bilər.

Aparılan müşahidələr göstərir ki, məhsul istehlaka təqdim edilərkən müxtəlif marketinq alətlərindən, markalanma metodlarından istifadə olunur, bu da bəzi pozuntu hallarına gətirib çıxarır. Məsələn, süd məhsulunda kalsium olduğu halda bu maddənin mövcudluğunu xüsusi qabartmaqla və ya müxtəlif qablaşdırılmış sularda mövcud olan maqneziumun və digər mineralların olmasını xüsusi hal kimi qeyd etməklə məhsul istehlakçıya təqdim olunur.

Təəssüflə qeyd edirik ki, satış bazarında eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələr xüsusi xassələr kimi təqdim edilir və bu metod məlumatlı olmayan istehlakçının qərar verməsində təsiredici amilə çevrilir. Qanunla əgər bir qida məhsulunun tərkibi hansısa maddələrdən ibarətdirsə, o hal qabardılmış formada ifadə edilməməlidir”, – agentlikdən bildirilib.

AQTA qida sahəsində fəaliyyət göstərən sahibkarların diqqətinə çatdırır ki, bu qayda 2023-cü il 1 yanvar tarixindən sonra istehsal olunan məhsullara şamil edilir. Belə məhsulların yeni qanunun tələblərinə uyğun etiketlənməsi təmin edilməlidir.

Bundan başqa, Azərbaycan Respublikasına idxal olunan qida məhsullarının üzərindəki etiketlər və adlar, məhsulun tərkibi və istifadəyə yararlılıq müddəti, məhsuldan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərdə olarsa, onların Azərbaycan dilinə tərcüməsi də təmin edilməlidir.

“Agentlik tərəfindən yeni qanunun icrası ilə bağlı aparılan yoxlama-nəzarət tədbirləri etiket məlumatları ilə bağlı uyğunsuzluqların mövcudluğunu üzə çıxarıb. Bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlara müraciət edərək, xidmətlərini qanunun tələblərinə uyğun qurmağa səsləyirik.

İstehlakçılar isə qida sahəsində rastlaşdıqları uyğunsuzluqlarla bağlı AQTA-nın “1003” Çağrı Mərkəzinə zəng edərək məlumat verə bilərlər”, – qurumdan qeyd edilib.

Mənbə: Oxu.Az

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib

Türkiyə səfirliyi Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkür edib. "Aran"ın məlumatına görə, bu barədə səfirliyin tvitter hesabında bildirilib.

Türkiyədə xilasedicilər dörd azərbaycanlı tələbəni dağıntılar altından çıxarıb

Türkiyənin Malatya şəhərində xilasedicilər 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadəni dağıntılar altından çıxarıb.

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə çatıb, 12 068 nəfər yaralanıb – YENİLƏNİB

23:20 Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 762-ə, yaralananların sayı isə 12 068-ə yüksəlib. "Aran" Türkiyə...

Türkiyədə baş verən zəlzələ 14 milyondan çox insanın yaşadığı bölgəyə təsir edib

Mərkəzləri Kahramanmaraşın Pazarcık və Elbistan bölgələrində baş verən zəlzələlər 10 vilayətdə 13 milyon 421 min 699 nəfərin yaşadığı bölgəyə təsir edib.

Prezident İlham Əliyevin tapşırığına əsasən növbəti iki təyyarə Türkiyəyə yola salınacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından...

Türkiyədə 7 günlük ümummilli matəm elan edilib

Türkiyədə güclü zəlzələ ilə əlaqədar 7 günlük ümummilli Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviter hesabında yazıb. "2023-cü...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm Türkiyə!” adlı humanitar yardım kampaniyanı elan edir

Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss...

Xaricdə verilən diplomların Azərbaycanda tanınması üçün tələblər müəyyənləşib

Xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilinnövbəti səviyyələri üzrə təhsilini davam...

Azərbaycan XİN-də Türkiyədəki zəlzələ ilə əlaqədar Operativ Qərargah yaradılıb

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində (XİN) Operativ Qərargah yaradılıb.

Şərhlər