Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

23 yanvar tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Ağcabədi, Şamaxı, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 11 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 5 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Ağcabədi rayonu üzrə:

Sahibkarlıq subyektiÜnvanGörülən tədbir

1.      
Məmmədov ŞaiqElyar oğluT.İsmayılov küçəsiİnzibati protokol tərtib edilib
2.      Ağayev Taleh Adil oğluÜ.Hacıbəyli küçəsiİnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb
3.      Nəsibov Cəfər Aydın oğluÜ.Hacıbəyli küçəsiYenidən bərpa edilmiş qurğular sökülüb
4.  İbrahimov Razim Akif oğluAğabəyli kəndiİnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com