Azərbaycan Respublikasının Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi də “Dayanıqlılıq Həftə” çərçivəsində tədbirlərdə iştirak etdikdən dərhal sonra Davosda 53-cü İqtisadi Forumda iştirak etmək üçün İsveçrəyə yola düşmüş, burada bir sıra mühüm görüşlər keçirmiş, müsahibələr vermişdir.
Yanvar ayının 17-də Prezident İlham Əliyev Davosda Çinin CGTN (Çhina Qlobal Televizion Network) televiziya kanalına müsahibə vermişdir. Səmimi şəkildə verilən suallar Prezident tərəfindən səmimi şəkildə cavablandırılmışdır. Müsahibədə qeyd edilmişdir ki, Çin və Azərbaycan əməkdaşlıq portfelinə yeni çalarlar əlavə edilməyə başlayıb. Azərbaycan açıq dənizə çıxışı olmayan bir ölkə olsa da, mühüm beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrilmişdir. Tranzit nəqliyyat layihələrinin inkişafı iqtisadiyyatın şaxələnməsi və iqtisadiyyatın neft-qaz gəlirlərindən asılılığının azaldılmasına səbəb olmuşdur.
Azərbaycan il ərzində 300-dən artıq günəşli günə malik olan bir ölkədir. Ərazisinin müxtəlif hissələrində intensiv küləklər əsməsi, dağlıq və dağətəyi zonalarda sürətli dağ çaylarının mövcudluğu ölkəmizi yaşıl enerji sahəsində əməkdaşlıq etmək üçün bir çox şirkətlər üçün cəlbedici bir məkana çevirmiş, həm də yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi qarşısına məqsəd qoymuşdur. İndi biz bir çox ölkələrlə enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında tutumlu investisiya atmosferi formalaşdırmışıq. Sirr deyil ki, Avropada enerji çatışmazlığı problemi mövcuddur. Ona görə də Azərbaycan Avropanın həm enerji təhlükəsizliyinə töhfə verən, eyni zamanda tranzit yüklərinin daşındığı bir logistik mərkəz rolunu oynayan ölkə statusu qazanmışdır.
Dünyada baş verən iqlim dəyişiklikləri, təbiət kataklizmləri, müharibələr və həmçinin siyasi və iqtisadi maraqlara söykənən ambisiyalar bəşəriyyəti yeni uçurumlara sürükləyir. Bu nöqteyi-nəzərdən böyük güclərin arasında qütbləşmə, vəziyyətdən çıxmaq üçün ölkələri yeni əməkdaşlığa sövq edir. Bu mühüm siyasi-iqtisadi çaxnaşmalar dövründə Azərbaycan-Çin əməkdaşlığı dünyanın yeni durumuna əhəmiyyətli təsir göstərəcəkdir.
Bütün bu məsələlər cənab Prezidentin Davostda Çinin GGTM televiziya kanalında verdiyi müsahibədə hərtərəfli şəkildə öz təhlilini tapıb. Müsahibədə vurğulanıb ki, Çinin dövlət rəhbəri Si Cinpinlə gələcək qarşılıqlı əməkdaşlıq üçün önəmli razılaşmalar əldə edilmiş, “Bir kəmər, bir yol” sammiti çərçivəsində Pekində keçirilən tədbirlərdə hər iki dövlət məsələyə eyni yanaşma nümayiş etdirmişdir.
Nazim Bünyatov,
YAP Ağcabədi rayon təşkilatının sədr müavini