İxrac olunan kənd təsərrüfatı məhsullarının həcmi artıb

Xarici ölkələrə ixrac olunan kənd təsərrüfatı məhsullarının həcmi artıb. Bu sahə üzrə əldə edilən gəlir artıq bir milyard dollar həcmindədir. Bu çox yaxşı göstəricidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin yanvarın 25-də keçirilən iclasında komitə sədri Tahir Rzayev deyib.

O bildirib ki, kənd təsərrüfatının bütün sahələrində uğurlar əldə olunub. Xüsusilə Kənd Təsərrüfatı Nazirliyi işğaldan azad olunan ərazilərdə yaxşı tədbirlər görür. Minalardan təmizlənmiş sahələrin əkin üçün hazırlanması, orada ərzaqlıq buğdanın yetişdirilməsi bu gün gündəmdə olan məsələdir. Həmçinin Kəlbəcərdə heyvandarlıq, arıçılıqla bağlı görülən işlər çox yaxşı nəticələr verdi.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com