“Ulu öndərin ömür yoluna səyahət” – ekskursiya

“Heydər Əliyev İli” ilə əlaqədar Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində “Ulu öndərin ömür yoluna səyahət” başlığı altında ekskursiyaların təşkilinə başlanılıb. 26 yanvar 2023-cü il tarixində Ağcabədi şəhər Ə.Alıyev adına 12 saylı tam orta məktəbin şagirdləri mərkəzi ziyarət ediblər. Ekskursiya zamanı mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva ömrünü xalqının firavan gələcəyinə həsr etmiş dahi lider Heydər Əliyevin zəngin və çoxşaxəli ömür yolu haqqında şagirdlərə məlumat verib. Sonda xatirə şəkli çəkdirilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər