Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində yol qəzası baş verib. Belə ki, Ağdam rayon sakininə məxsus “Mercedes” markalı avtomobillə Ağcabədi rayonunun Qaradolaq kənd sakininə məxsus “Vaz 2107” markalı avtomobil toqquşub.
Hadisə nəticəsində “Vaz 2107”-də 4 nəfər, “Mercedes” markalı avtomobildə isə 1 nəfər xəsarət alıb. Yaralılar dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Yol qəzası ilə bağlı araşdırma aparılır.


