Dünyanın ən çox ziyarət olunan saytları məlum olub

Aran xəbər verir ki, “Similarweb” tərəfindən dünyanın ən çox ziyarət edilən saytları açıqlanıb. Birinci yerdə dünyanın ən böyük axtarış platforması hesab edilən Google qərarlaşıb. Belə ki, Google gündə 3,5 milyarddan çox ziyarət olunur. Siyahıda ikinci yerdə isə yenə də Google-a bağlı olan YouTube gəlir. Hər iki veb saytın birgə ziyarətçi sayı siyahının növbəti 48 saytından cəmi ziyarətçi sayından daha çoxdur.

Google və YouTube-dan sonra Meta-ya bağlı Facebook üçüncü sırada yer tutub. Son illərdə rəqiblərinin populyar qazanması ilə əvvəlkinə nisbətdə arxa planda qalsa da, hələ də kifayət qədər ziyarətçisi mövcuddur.

Twitter isə ən çox ziyarət olunan saytlar arasında dördüncü yerdədir. Sosial şəbəkə platforması, Elon Muskın satın aldıqdan sonra bir tərəfdən istifadəçi itirsə də, digər tərəfdən yeni istifadəçilər də qazanır. Lakin, qeyd etməliyik, populyarlığını Elon Muska görə daha da artırır.

Meta-ya bağlı digər bir sosial şəbəkə platforması – Instagram siyahıda beşinci yeri tutur. Son illərdə “reels” kimi yeniliklərlə populyarlığını artıra bilib.

Siyahının ilk beşliyi ABŞ şirkətlərinə məxsus olsa da, altıncı yerdə Çin axtarış saytı olan Baidu gəlir.

Növbəti yerlər isə Wikipedia, Yandex, Yahoo ve WhatsApp- məxsusdur.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com