Ulu öndər  Heydər Əliyevin idmanın inkişafına  göstərdiyi xüsusi diqqət və qayğıya həsr olunmuş konfrans keçirilib

Yanvarın 31-də Ağcabədi Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin və olimpiya idman kompleksinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar olaraq Ağcabədi Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin Azərbaycanda idmanın inkişafına göstərdiyi xüsusi diqqət və qayğıya həsr olunmuş konfrans keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Konfransı giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov ümummilli lider Heydər Əliyevin Azərbaycan idmanına göstərdiyi misilsiz xidmətlərdən ətraflı söz açıb, əsası dahi lider tərəfindən qoyulmuş, bu gün isə ölkə Prezidentimiz cənab İlham Əliyev tərəfindən hər zaman  Azərbaycan gəncliyinə və idmanına göstərilən xüsusi diqqət və  qayğıdan danışıb . Qeyd olunub ki, son illər Ağcabədi idmanında əldə olunan yüksək nəticələr ölkəmizdə olduğu kimi rayonumuzda da  idmanın inkişafının bariz nümunəsidir.

Konfransda çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Sərraf Nağıyev bildirib ki, Azərbaycan idmanının inkişafı, xüsusilə müstəqillik dövrünü əhatə edən dövrdəki inkişaf ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə ölkədə böhranlı vəziyyətin olmasına baxmayaraq ulu öndər tərəfindən idmana qayğı göstərilib. Ümummilli liderin təklifi ilə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycanda idmanın perspektiv inkişafı üçün atılan uğurlu addım olub.

Daha sonra çıxış edənlər cüdo idman növü üzrə məşçi-müəllim Bayram Novruzov,  MMA idman növü üzrə məşçi-müəllim Əli Əmirxanlı, sərbəst güləş idman növü üzrə məşçi-müəllim Etibar Qəhramanov, taekvondo idman növü üzrə məşqçi-müəllimlər Tapdıq Əkbərov və Zöhrab İsmayılov idmançılar üçün yaratdığı şəraitə görə ölkə prezidentinə öz minnətdarlıqlarını bildirmiş və Azərbaycan bayrağının daim zirvələrdə dalğalandırmaq üçün idmançılar adından əllərindən gələni əsirgəmiyəcəklərini vurğulayıblar.

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com