Maarifləndirici tədbir keçirilib

Ağcabədi Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Xocavənd kəndində yerləşən 1, 2 və 3 saylı tam orta məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə narkomaniyanın fəsadlarından bəhs edən maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev və digərləri narkomaniya və onun fəsadları ilə bağlı şagirdlərə geniş məlumatlar veriblər. “Ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı problemlər diqqətə çatdırılıb.

Qeyd olunub ki, narkomaniyanın yayılmasının qarşısının alınması məqsədi ilə təhsil işçiləri və valideynlər hüquq-mühafizə orqanları ilə birgə mübarizə aparmalıdır. Bu barədə daxil olan hər bir informasiya ətrafında dəqiqləşdirilmə aparıldığı və cinayət törədən şəxsin qanundan yayına bilməyəcəyi iştirakçıların diqqətinə çatdırılıb.

Sonda isə iştirakçıların sualları cavablandırılıb.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər