ÜST: Koronavirusun 600-dən çox alt növü var

Hazırda dünyada koronavirusun 600-dən çox alt növü, o cümlədən XBB.1.5 yayılmaqdadır. Xüsusən XBB.1.5 növünün daha geniş yayılacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove bildirib.

“Omikron hələ də koronavirusun ən yoluxucu variantıdır. Hazırda izlədiyimiz 600-dən çox omikron alt növü var və XBB.1.5 onlardan biridir. Yəni, virus təkamül etməkdə davam edir. Biz XBB.1.5-in daha geniş yayılacağını gözləyirik”, – deyə ekspert xəbərdarlıq edib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com