Azərbaycan və Macarıstan münasibətləri yeni inkişaf mərhələsində

Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu ölkələr arasında qarşılıqlı səviyyədə olmaqla dialoq mövcuddur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda durmadan inkişaf edir. Macarıstanla əlaqələrin hərtərəfli inkişaf etdirilməsi hər iki ölkənin iqtisadi potensialına müsbət təsir göstərir.                                

Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı dostlarından biridir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər bu sahədə əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Azərbaycan–Macarıstan əlaqələri etibarlı tərəfdaşlıq əlaqələrinə, mehriban dostluq münasibətlərinə söykənir. Bu baxımdan Prezidentin növbəti səfəri iki ölkə arasında əməkdaşlığa böyük töhfə verəcək, dostluq münasibətlərimizi daha da möhkəmləndirəcəkdir. Keçirilən görüş zamanı Macarıstanın Baş Naziri Viktor Orban Prezident İlham Əliyevin güclü bir siyasətçi olduğunu və ölkəyə yaxşı rəhbərlik etmək üçün İlham Əliyevdən çox şey öyrəndiyini xüsusi qeyd edib. Dövlət başçısı Serbiyaya səfəri zamanı bu ölkənin Prezidenti Aleksandr Vuçiç də İlham Əliyevdən çox şey öyrəndiyini və ölkə başçımızın dünyanın ən güclü siyasətçilərindən biri olduğunu vurğulamışdı. Bu onu göstərir ki, bu gün Prezident İlham Əliyevin  güclü siyasəti, bacarıqlı diplomatiyası sayəsində Azərbaycan dünya üçün önəmli bir ölkəyə çevrilib. İlham Əliyev öz şəxsi keyfiyyəti ilə iqtisadiyyatı dərindən bilmək bacarığı ilə diplomatik fəaliyyəti ilə beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Azərbaycanın qazandığı uğurları təkcə ölkəmizin zəngin yeraltı sərvətləri ilə deyil həm də ölkə Prezidentinin hərtərəfli yüksək şəxsi keyfiyyətləri ilə də səciyyələnir.      

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com