Türkiyədə baş verən zəlzələ 14 milyondan çox insanın yaşadığı bölgəyə təsir edib

Mərkəzləri Kahramanmaraşın Pazarcık və Elbistan bölgələrində baş verən zəlzələlər 10 vilayətdə 13 milyon 421 min 699 nəfərin yaşadığı bölgəyə təsir edib.

Aran bu barədə Türkiyə KİV-nə istinadən xəbər verir.

Qeyd edilib ki, bölgələrdə 9 min 698-i axtarış-xilasetmə heyəti olmaqla 14 min 720 şəxs fəaliyyət göstərir.

İstanbul, İzmir və Ankaradan Qaziantep və Adanaya 17 təyyarə ilə davamlı yardım uçuşları var. Fəlakət bölgələrindəki işləri koordinasiya etmək üçün 2 Akıncı TİHA təyin edilib.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com