Ağcabədililər yardım aksiyasına qoşulublar

Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələ hamımızı sarsıtdı. Dağıntılar altında qalan insanlar, çoxlu sayda həyatını itirənlər, yaşayıb-yaşamadıqları hələ də məlum olmayan Türkiyə vətəndaşlarının taleyinə hər birimiz ürəkdən yanırıq. Zəlzələ nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Belə ağır və həssas bir vaxtda qardaş Türkiyənin ən yaxın müttəfiqi olan Azərbaycan öz yardım əlini dost ölkədən əsirgəmir. Artıq neçə gündür ki, Azərbaycandan Türkiyəyə – zəlzələdən əziyyət çəkən insanlara yardımlar gedir. Doğma Ağcabədidə də elə bu məqsədlə yardım aksiyası təşkil olunub. YAP Ağcabədi rayon təşkilatının və Gənclər üçün Təhsil Mərkəzi Qarabağ ofisinin birgə təşəbbüsü ilə keçirilən aksiyaya demək olar ki, könüllü olaraq hər kəs qoşulub. Məqsəd Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara köpmək etməkdir. Yardımların içərisində yastaq dəstləri, isti geyimlər, ərzaq, tibbi ləvazimatlar, uşaq bezləri və yuyucu vasitələri üstünlük təşkil edir.

Qeyd edək ki, yardım aksiyacı fevral ayının 10-na qədər davam edəvək.

Gündüz SEVİNDİK

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com