Hacıbədəlli kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov sakinləri narahat edən məsələlərin öyrənilməsi və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədilə fevralın 8-də növbəti səyyar qəbulunu Hacıbədəlli kəndində keçirib.

Kənd klubunda keçirilən qəbulda hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon icra hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, media nümayəndələri, kənd sakinləri iştirak edibər.

İcra başçısı görüş iştirakçılarına  cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin beynəlxalq aləmdə gündən-günə artan nüfuzundan, Azərbaycanın tranzit ticarətin daşınmasında mühüm önəmindən, transmilli infrastrukturların qurulmasının əhəmiyyətindən söz açdı.Onu da qeyd etdi ki, hazırda işğaldan azad edilmiş torpaqlarımızda bu gün hava limanları tikilir, yollar, tunellər çəkilir.

Rayon rəhbəri bu ilin sonuna kimi Laçına, Ağdama, Şuşaya bir qism sakinlərin qayıdacağının planlaşdırıldığını da iştirakçılarının nəzərinə çatdırıb.

Daha sonra söz qəbul iştirakçılarına verilib.

Kənd sakinləri Füzuli Cəlilov kənd məktəbinin əsaslı təmirə ehtiyacı olmağından, Vidadi Bayramov içməli suya olan tələbatdan, Coşqun Mehdiyev sahibsiz  itlərin məktəblilər üçün yaratdığı təhlükədən və digər məsələlərdən  söz açıblar.

Səyyar görüşdə səsləndirilən problemlərin bir qismi yerində öz həllini tapıb. Digərlərinin isə araşdırılması və qanunamüvafiq formada həlli üçün tapşırıqlar verilib.

Qeyd edək ki , Ağcabədi rayonunda davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.

                                                                                                      Pərvin ŞAKİRQIZI

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com