Fevralın 8-də Ş.Hüseynov adına 2 saylı tam orta məktəbin şagirdəri Ağcabədi rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Əvvəlcə Mərkəzin bələdçisi Səbinə Mamedova tərəfindən şagirdlərə ümummilli lider Heydər Əliyevin çoxşaxəli ömür yolu, misilsiz xidmətləri barədə ətraflı məlumat verilib, ziyarətçilər həmçinin dahi liderə həsr olunan və mərkəzin əsas fondunda saxlanılan eksponatlarla da tanış olublar. Sonra şagirdlər Mərkəzin əməkdaşları tərəfindən hazırlanan “Xalqa Bağışlanan Ömür” adlı film izləyiblər.
Yekunda xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, film nümayişləri həftənin 1-ci və 3-cü günləri olmaqla il ərzində həyata keçirələcək.

