Qazi və şəhid ailəsi adından sui-istifadə halları yolverilməzdir

Fevralın 8-də Ağcabədi Rayon İcra Hakimiyyətinin akt zalında  Şəhid ailəsi üzvləri, əlillik dərəcələri təyin olunmuş Vətən müharibəsi iştirakçıları və “Müharibə veteranları” ilə işin təşkilinə dair Komissiyanın növbəti iclası keçirilib. Yığıncaqda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, aparatın kollektivi, hüquq-mühafizə orqanlarının rəhbərləri,  şəhid ailələri, Vətən müharibəsi iştirakçıları və qazilər iştirak ediblər.

Ağcabədi Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov açılış nitqi ilə çıxış edib. Daha sonra söz  İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova verilib.

Çıxış edən rayon rəhbəri dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğıdan geniş söz açıb. Həmçinin  rayonumuzda bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışaraq,  özünüməşğulluq məsələlərində, işlə təmin olunmada və digər məqamlarda məhz şəhid ailələrinin, qazilərin daha önə çəkildiyini də diqqətə çatdırıb. Qeyd olunub ki, rayonda bugünədək  şəhid ailə üzvləri və müharibə iştirakçılarından 23 nəfər baytar köməkçisi kimi işə qəbul edilib, 52 nəfər isə DOST  İş Mərkəzi MMC  ilə Əmək Müqaviləsi bağlayaraq, sosial işlə təmin olunub. Ümumilikdə isə son 2 ildə 111 nəfər imtiyazlı şəxs işlə, 104 nəfər isə özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin ediiblər. Lakin buna baxmayaraq, sosial işlə təmin olunmuş həmin şəxslərin bəziləri işə davamiyyətdə nöqsanalara yol verir və  bunu normal hal kimi qəbul edirlər. Ümumiyyətlə, şəhid ailəsi, qazi adından sui-istifadə edilərək qanunsuz tikinti işlərinin aparılması və buna bənzər digər hallar yolverilməzdir və məhz belə məqamlarda sözügedən Komissiyanın üzvlərinin həmin insanlarla söhbətlər aparması, onları düzgün istiqamətləndirməsi vacib məsələdir.

Sonra Komissiya üzvü, YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov və digərləri  çıxış edib, mövzu ətrafında fikirərini bölüşüblər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər