Azərbaycanda hasilatın çoxalması qaz ixracını artırmağa imkan verir

Azərbaycan uzun illər ərzində Avropa ölkələrinin enerji təhlükəsizliyinə imkan yaradan əsas tərəfdaşa çevrilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası bu sahədə səmərəli əməkdaşlıq üçün mühüm tədbirdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirin açılışında çıxış edərək, görülən işlər barədə məlumat vermiş və gələcək addımların planlaşdırılmasının zəruriliyiyini qeyd etmişdir. Azərbaycan Avropa ölkələri ilə qarşılıqlı səmərəli münasibətləri inkişaf etdirməklə böyük iş görüb və özünü enerji sahəsində mühüm və etibarlı tərəfdaş kimi təsdiqləyib. Eyni zamanda son zamanlar dünyada baş verən geosiyasi proseslər Avropa üçün tərəfdaşlığımızın önəmini artırmaqdadır. Əsrlərdən bəri neft diyarı kimi tanınan Azərbaycan son illərdə özünü dünyaya həm də qaz ixrac edən ölkə kimi təqdim edə bilib. Bu da ölkədə yeni qaz yataqlarının kəşf edilməsi və çıxarılan mavi yanacağın digər ölkələrə də satışı nəticəsində mümkün olub. Təbii qaz təchizatı, marşrutlarının şaxələndirilməsi və enerji bazarlarına etibarlı qaz ixracının təmin edilməsi qaz istehsalçıları və istehlakçılarının əsas hədəfləridir. Bu baxımdan Cənub Qaz Dəhlizinin bütün seqmentlərinin tamamlanması Azərbaycanın müxtəlif enerji bazarlarına təbii qaz tədarük etməsinə və eyni zamanda Xəzər regionundakı mövqeyinin möhkəmlənməsinə imkan yaratmış oldu. Cənub qaz dəhlizinin əhəmiyyətini indi Avropada daha çox görürlər. Çünki qaz böhranı Avropanı böyük dərəcədə sarsıtdı. Ölkə Prezidenti bildirdi ki,Cənub Qaz Dəhlizi iki ildən artıqdır açılıb. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Bu, alternativ enerji mənbəyinə böyük ehtiyac duyulduğunu göstərir. Bu, enerji təchizatının davamlı şaxələndirilməsinin zəruriliyini nümayiş etdirir. Azərbaycanda təbii qaz ixracı 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. 2023-cü ildə qaz ixracının artırılaraq 24,5 milyard kubmetr olması gözlənilir. Azərbaycan nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin qazın ixrac coğrafiyasın genişləndirir. Qaz ixracını artırmaq üçün Azərbaycan yetərli təbii qaz resurslarına malikdir. Prezident İlham Əliyevin bildirdiyi kimi, təbii qaz ehtiyatlarımız bizi və tərəfdaşlarımızı ən azı 100 il təmin edəcəkdir.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər