“Təmiz Aran” layihəsi əsasında təmizlik aksiyası

 Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən “Təmiz Aran” layihəsinin birinci günündə “ASAN Könüllüləri” və “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin gənclərinin iştirakı ilə Bərdə rayonunda təmizlik aksiyası həyata keçirilib.

Əvvəlcə Bərdə regional “ASAN xidmət” mərkəzində layihə iştirakçıları ilə ilkin görüş keçirilib, çay süfrəsi təşkil olunub. Sonra iştirakçılar Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərin məzarı üzərinə çiçək dəstələri düzüblər. Ziyarət zamanı şəhid Xudayar Yusifzadənin anası ilə də görüş olub.

Daha sonra Tərtər çayının Bərdə rayonu ərazisindən keçən sahilyanı hissəsində və Xan meşəsində Bərdə regional “ASAN xidmət” mərkəzinin könüllüləri və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin gənclərinin iştirakı ilə təmizlik aksiyası həyata keçirilib.

Yekunda isə iştirakçılar sertifikatlarla təltif edilib,təşkilatı dəstək üçündə tərəfdaş qurumların nümayəndələrinə promo məhsul və sertifikat verilib.

Qeyd edək ki, layihənin əsas məqsədi ətraf mühitin təmizlənməsi, əhalinin sıx olduğu ərazilərin tullantılardan azad edilməsi və cəmiyyətimizdə ekoloji məsuliyyətin gücləndirilməsidir.

Layihənin növbəti günləri Ağcabədi və Yevlax regionlarında ASAN Könüllüləri və Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllülərinin iştirakı ilə həyata keçiriləcək.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Şərhlər