Tarlalarda, meyvə bağlarında və üzümlüklərdə becərmə işləri davam etdirilir, eyni zamanda yazlıq bitkilərin əkini üçün hazırlıq tədbirləri görülür.
“Aran” xəbər verir ki, Dövlət Statistika Komitəsindən bu barədə AZƏRTAC-a bildirilib. Qeyd edilib ki, payızlıq taxıl sahələrində isə aqrotexniki tədbirlərin aparılması işi davam etdirilir.
İlkin məlumatlara görə, 2023-cü ilin məhsulu üçün 1064,1 min hektar sahədə dən üçün payızlıq bitkilər səpilib. Bunun da 664 min hektarı buğda, 400 min hektarı arpa və 0,1 min hektarı çovdar təşkil edib.