Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə Ağcabədili gənc Fatimə Fərzəliyevanın “Vətən bağı al-əlvandır” Yaradıcılıq Festivalı adlı fərdi layihəsinin seçim mərhələləri davam edir.
“Aran” xəbər verir ki, fevralın 24-də Agcabədi Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində layihənin rəsm üzrə ikinci seçim mərhələsi keçirilib.
Tədbir Xocalı soyqırımının 31- ci il dönümü ərəfəsinde keçirildiyi üçün sərgidə Xocalı faciəsini əsk etdirən rəsmlərə xüsusi yer verilib.
Əvvəlcə faciə qurbanlarının, eyni zamanda Azərbaycanın ərazi bütovlüyü və müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Seçim mərhələsi zamanı münsiflər heyəti tərəfindən “Xudafərin körpüsü” rəsmi ilə Üzeyir Hacıbəyli adına Uşaq İncəsənət Məktəbinin rəsm dərnəyinin tələbəsi ” Xədicə Abbasova 1-ci, Vətən müharibəsi şəhidi Məhəmməd Məmmədovun portreti ilə Ağcabədi Dövlət Rəsm Qaleriyasının üzvü Məryəm Novruzova 2-ci, 1 saylı tam orta məktəbin tələbəsi ”Şuşa qalası” rəsmi ilə 3-cü yerin qalibi seçilib.
Layihənin məqsədi gənclərin yaradıcı ideyalarının dəstəklənməsi üçün onların “Yaradıcılıq və İnkişaf Mərkəz”-lərinə cəlb edilməsi, öz fəaliyyət klublarının yaradılması və bu sahədə onların inkişafına kömək etməkdir.

