Azad edilən ərazilərdə daha 384 hektar sahə minalardan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, fevralın 20-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Xocavənd, Şuşa, Qubadlı, Laçın, Cəbrayıl və Zəngilanda 14 tank əleyhinə mina və 443 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Qeyd edilib ki, 384 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Şərhlər