“Bəzən mediada hansısa direktorun pedaqoji təhsili olmadığına dair məlumatlar yayılır. Lakin biz də izah veririk ki, həmin şəxs sonradan pedaqoji təhsil alıb”.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev brifinqdə bildirib.
Nazir deyib ki, əgər digər ixtisas sahibləri yenidən hazırlıq keçibsə, təhsili idarəetmə diplomu varsa, direktor təyin edilə bilər:
“Bildiyimiz qədərilə pedoqoji təhsili olmayan direktor yoxdur. Belə şəxslər varsa, nazirliyə müraciət edə bilərsiniz. Direktor ilk növbədə öz fənnini yaxşı bilməlidir. Amma öz fənnini yaxşı bilən hər müəllim də direktor ola bilməz”.