Nazirlikdən sosial kampaniya – Qadın Gülərsə…

Elm və Təhsil Nazirliyi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə #QadınGülərsə sosial kampaniyasına start verir.

Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, kampaniyaya qoşulmaq istəyənlər onlar üçün dəyərli olan, təşəkkür borcu duyduqları xanımlarla fotolarını sosial media hesablarında #QadınGülərsə həştəqi ilə paylaşa bilərlər. 

Elm və Təhsil Nazirliyi hər kəsi bu kampaniyaya qoşulmağa çağırır:

“Əziz və dəyərli xanımlarımız, bayramınız mübarək olsun!”

#QadınGülərsə, dünya gülər! 

#QadınGülərsə, zəkalar işıqlanar!

Şərhlər