Rövnəq Abdullayev: “FIFA-nın Azərbaycan futboluna dəstəyi davam edəcək”

“FIFA-nın Azərbaycan futboluna dəstəyi davam edəcək”.

“Aran” ın məlumatına görə, bunu FIFA-nın prezidenti Gianni İnfantino ilə görüşən AFFA prezidenti Rövnəq Abdullayev ali futbol qurumunun rəsmi televiziyasına müsahibəsində deyib.

Funksioner görüşün çox yüksək səviyyədə keçdiyini söyləyib: “Əsasən layihələr müzakirə olundu. Azərbaycan futboluna dəstəyinə görə FIFA-ya və onun rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Şərhlər